İÇİNDƏ TANRI YATAN ŞAİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
63317 | 2017-07-06 13:32

Bir oxucu məktubu

Hardasabir ay olar görüşdüyümüz. Elə burda, "Azərbaycan" nəşriyyatında, lapdəqiq desəm, nəşriyyatın birinci mərtəbəsindəki yeməkxanada görüşdük. Həttadostumuz, qardaşımız Faiq Balabəyli bu görüşün fotosunu da çəkdi. Elə həmin gündə internet şəbəkədə paylaşdı özünün duzlu şərhi ilə birlikdə. Bunları, yəni buxırda detalları elə-belə sözgəlişi xatırlatmıram. İstəyirəm onun da yaddaşındabir balaca od-işıq qalayım. Və həmin o od-işığın şöləsi mənim içimdə artdığıkimi, onun da könül dünyasında arxada qalan illərə nur çiləsin. Və beləcə, bizo nurun içindən keçib gələk. Gələk ki...

Bəli,Əli Hacı artıq imzasını, sözünü göyərtmiş, oxucu tərəfindən çox-çox uzaqlardangörünə biləcək bir boy-buxuna çatdırıbdı. Əgər obrazlı desəm, onun sözləri cücərib,əvvəl yaşıl çubuqlar kimi, sonra da qollu-budaqlı ağaclar kimi ətrafın diqqət mərkəzinəçevrilibdi. Bunu təkcə mən demirəm. Bunu həm də onun barəsində yazanlar, onuoxuyanlar, onu duyanlar, anlayanlar da deyir. Və ən maraqlısı budur ki, özünüheç kimə bəziləri kimi sırımayan, bəziləri kimi zorla sevdirməyən Əli Hacışeirləri də bir təmkinlə, bir səmimiyyətləpıçıldayır. Elə bil ki, onun misraları həsrətlə gözlədiyim, təmasına canatdığım xəfif bir nəfəsdi. Sənə toxunanda ruhun təkcə mütəəssir olmur. Həm dəisinir. Və yavaş-yavaş bu isinmə alovlanmağa çevrilir...

Bəli,həmin görüşümüzdə Əli mənə avtoqrafsız-filansız son kitabını bağışladı. Düzünüdeyim ki, çoxdan gözləyirdim bu kitabı. Çünki yazılı və elektron mediadan bu kitabınnəşr olunması barəsində bilgilər almışdım. Daxilən özümü sıxıb müəllifin yadınanə vaxt düşəcəyimi gözləyirdim. Şükürlər olsun ki, gözləntim çin oldu və ƏliHacı "Tanrı yatıb içimdə" kitabını mənə bağışladı. Və mən də çox xəsislikləbu kitabın hər gün bir şeirini, hərdən bir də iki şeirini oxumaqla başa çıxdım. Və kitabın sonuncu şeirinioxuyanda istər-istəməz düşündüm. Bilirsiniz nəyi? Əli son şeirində yazır ki:


bənövşəyə kim baxdı,

boynubükülü qaldı.

onabaxan gözlərin

yaşıtökülü qaldı.


gəldimevim tikməyə,

dərdevini sökməyə.

onabir baş çəkməyə,

boynumbükülü qaldı.


Bax,bənövşənin duruşu ilə bağlı oxuduğum bu misralar məni düşündürdü. Çünki mən onugözümün önündə gördüm. Əli Hacının dediyi kimi, boynum bükülü! Çünki o gözəlliyinqarşısında mən ancaq boynu bükülü dura bilərdim. Bunu təkcə mənim yaddaşımdayox, həm də iç dünyamda Əli təzələdi. Və sanki birbaşa dedi ki, təkcə bənövşəboynu bükük deyil. Bizlər də o bənövşələrin qarşısında boynu büküyük.


Çünkionu olduğundan artıq duymağı bacarırıq.Və bu bacarıq da bizim sevgimiziayağa qaldırır, dipdiri edir, canlı, qanlı!..

Məndə həmin o dipdiri sevgidən üzü geriyə boylanıram. İndiki halda isə kitabın ilkşeirinə qayıdıram. İlk şeir də belədir:


doğanbulud yağginən

yağmağayer tapılar.

nətapılmasa... sənə

yerdəbir gor tapılar.


üzünüqoy torpağa

canver gülə, yarpağa

suladığınağacda

mənədə bar tapılar.


Yəqinki, bu misralar da bir poetik rəsm kimi gəlib durur gözlərimizin qarşısında. Eləbil ki, göy üzünün bir topa buludu durub sənlə, mənlə üz-üzə. Və sən çoxrahatlıqla o dolan buludu həm vəsf edirsən, həm də onun ağırlıqdan xilas olmasını istəyirsən. Və hətta boşalmasıüçün bir yerin mütləq mənada olduğunu da diqqətinə çatdırırsan. Təbii ki, bu dabir az rəssamlıqdı, bir az şairlikdi, bir az filosofluqdu, ən vacibi isə Aydınbir insanlıqdı. Yaxşı ki, aramızda Aydınlarımız var. Elə həmin aydınlardan biriolan Əli Hacı pafosdan uzaq özünəməxsus pıçıltı ilə:


məniyazda qurudublar,

içimdəbir az su qalıb.

qanadımıyolsalar da,

yaşamaqarzusu qalıb.


yığıbevimi tikmişəm,

yolumatökülən daşdan.

söz kimiqalmağım gözəl,

şəklim çəkiləndaşdan.


Tanrı yazan oüzü də,

öz adına əzizlədim.

gündüzlərin ləkəsini,

ay üzünə təmizlədim!


Yəqin ki, buşeirin ilk misrasına diqqət yetirdiniz və gördünüz ki, hardasa məişətdənbaşlayan ilk pıçıltı sonda Tanrıya qədər yüksəldi. Və beləcə əslində içimdə suqalıb deyən şair oxucusunu "aldadıb” o suyun od olduğunu arxa plana keçirməkistəyir. Amma...

Amma od yandırıraxı, qovurur axı. Bax, bu yanma da yavaş-yavaş fikri cilalayır, onu yerdən üzügöyə doğru aparır. Və şairin həmin o yanğısı, əslində o ruhu Tanrı üzünə çıxır.

Mən Əli Hacınınbu kitabında tam səmimi bir şəkildə deyim ki, söz oyunu görmədim. Əksinə, sözüncilalandığını gördüm, sözün diriliyini gördüm, sözün nəfəs aldığını gördüm. Vəbir də mənim üçün bu kitabda sözlə portretin həmahəngliyi yeni və gözəl oldu.Şeirlərarası təqdim edilən şairin fotoportretlərində sözlə şəklin tamlığı və məhzbu şəklin, bu sözlərin pıçıldamaq gerçəkliyi çox mükəmməl işlənmişdi. Bilmirəm,bu, müəllifin öz yanaşmasıdı, özseçimidi, yoxsa kitabın redaktorunun, tərtibçisinin. Amma hər nədisə bütünhallarda çox uğurlu dizayndı. Mən də bu qəribəliyin içərisində oxuduğum şeirlərintəsirinə daha çox könül verirdim. Və indinin özündə də, yəni bu fikirləribilgisayara diqtə edəndə də o təsirdən çıxa bilmirəm. Və:


sən dur toyuna tələs,

mən də durum ölməyə.

sən gəldin dərdverəsən,

mən də dərdöldürməyə.


toyunun xərciolsun,

göndərdim dözdaşımı.

su əvəzidalımca,

səpim bu gözyaşımı.


havasız daoynayan,

əllərini salyana.

göylər mənimdi,dayan,

ah çəkmə külünyanar.


Düşünürəm ki,Əli Hacının bu nəfis kitabı əslində həm də bir oxucu kimi mənim iç dünyamın həmdə nəfəs kitabıdı. Yəni bu şeirlərin nəfəsi mənim nəfəsimi artırır, nəfəsimi təzələyir.Ona görə də Əli bəyə yazdığım bu oxucu məktubunu ona təşəkkürlə başa vururam.Amma kitabla bağlı söz-söhbətimiz hələ çox olacaq. Buna inanıram.


TƏQVİM / ARXİV