adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AQİL ABBAS:BAKILI-RAYONLU DAVASI

AQİL ABBAS
139504 | 2017-07-06 15:19

Eləbil xüsusi bir institut işləyir, bəlkə dəbir yox bir neçə. Bəlkə də «elə bil»siz doğrudan işləyir! Bu institut süpürülmüşyerdən dava kağızı axtarır, çox qəribədiki tapır da. Və adamlar arasında süpürülmüş yerdən tapdığıdava kağızı ilə qırğın salır; ateistlərlə dindarlar. Elə soyuyan kimi türk-talış. Elə soyuyan kimi (davaları soyudan da əsasən ziyalılardı) sünni-şiə. Dalınca osmanlı-azərbaycanlı.Rus dilli-azərbaycan dilli… Bir sözlə, boşdurmaq yoxdu, yola davam. Təzə mövzu tapmayanda yenidənköhnə palan içi tökürlər.

Son günlər də bakılı-rayonludavası…

Bakı bütün azərbaycanlıların qibləsidi. Özü də təkcə şimali azərbaycanlıların yox, elə cənubi azərbaycanlılarında qibləsidi. Hamı üzünü bu qibləyə çevirir və bütünazərbaycanlılar da bu qiblədən yönəldilir. Kəbə bütün müsəlmanlar üçün nə qədərmüqəddəsdirsə, Bakı da bütün azərbaycanlılar üçün müqəddəsdi.

Azərbaycanın bədbəxtşairi Məhəmməd Hadini yəqin ki bu gün elə təkcəziyalılar tanıyır. Çoxları şeirlərindəkimüəyyən misraları əzbər bilirlər, amma soruşsan kimindi, şairin adını tapabilməzlər. Hamımızın bildiyi misra: «Yox millətimin imzası imzalar içində».

Məhəmməd Hadi birincidünya savaşı zamanı diviziyaların birində mollalıq edirmiş. Ölən azərbaycanlıları da basdırandaüzünü Kəbəyə çevirmirmiş, Bakıya çevirirmişvə deyibmiş ki, bunların qibləsi Bakıdı. Yəni Bakı həm də şəhidlərimizin qibləsidi.Və Bakını qiblə kimi qoruyub saxlamaq üçün təkcə Qarabağ savaşında 20 min şəhidvermişik. Və o şəhidlər çiyin-çiyinə vuruşanda kimin haralı olduğunu bir-birindənsoruşmazdılar.

Aprel döyüşlərindəşabranlı Əbdülməcid Axundov yaralı-yaralı, sürünə-sürünə gedib yaralı əsgər dostuna sarmaşıb öldüyü kimi, şəhidlərimiz öləndə də sarmaşıbölürdülər.

İndi bu nə mənasız və axmaqbir söhbətdi ki, bakılı-rayonlu söhbətini atırlarortalığa. Xüsusilə sosial şəbəkələrdə vur çatlasındı. Heç gözləmədiyim haldagörkəmli bir bəstəkarımız da bir açıqlama verib ki, kim Bakını sevmirsə, çıxsın-getsin.

Əvvəla, hara getsin,qızım? İkincisi, Bakını necə sevməmək olar, Bakı axı ürəyimizdi. Bakı Azərbaycanınmədəniyyət mərkəzidi, Bakı hamımız üçün dünyayaaçılan bir pəncərədi. Yuxarıda qeyd etdiyimizkimi, qibləmizdi.

1 iyul bakılılargünüydü. Çox gözəl, burda qeyri-adi heç nə yoxdu. Şəhər camaatı bu günü özüyçün bayram sayır. Yəni bunu qısqanmaqlazım deyil, qaşınmayan yerdən qan çıxarmaq lazım deyil. Mirzə Cəlilin sözləri ilədesək, artıq qanımız varsa, Qarabağ boyda Kərbəlamız var.

Baxıram, rayon camaatıda dava salır ki, bəs niyə rayonların günləriyoxdu.

Var, başınıza dönüm,var. Var, qurbanınız olum, var.

23 iyul Ağdam Günü,1 aprel Kəlbəcər Günü, 9 may Şuşa Günü, 26 fevral Xocalı Günü, 20 noyabr Qarakənd Günü, 18 fevral Xankəndi Günü. Zəngilan Günü, Qubadlı Günü, CəbrayılGünü, Füzuli Günü, Laçın Günü, Ağdərə Günü… sayım, yoxsa bəsdi? Xocavənd Günü, MalıbəyliGünü, Ağdaban Günü, Kərkicahan Günü, Meşəli Günü, Qaradağlı Günü… Özü də ilin bütünfəsillərində və bütün aylarında. Di gedin, kef edin.


TƏQVİM / ARXİV