Niyə bu qədər şikayətçisiniz?

OĞUZ AYVAZ
40481 | 2017-07-04 22:37

Bu günlərdəsosial şəbəkələrdə hər kəs istidən giley-güzar edir, az qala yeri göyü yaradanAllahı daş qalaq edirlər. Başa düşürəm sizləri, hamımız istirahət etmək istəyir,dənizin qoynuna girmək, uzaq səfərə çıxmaq istəyirik. Amma, ancaq, lakin...

Bir təsəvvüredin ki, Afrikada, Liviyada, Sudanda insanlar nə çəkir? Aclıqdan, susuzluqdan,yoxsulluqdan insanlar ölür. Afrikadagündə 23 milyon uşaq məktəbə ac gedir. Mənə görə, Afrika dünyanın ən kədərliqitəsidir.

Biranlıq gözlərinizi yumub xəyal edin, onların yaşadıqlarını hiss edin, empatiyaqurun. Nitşe deyir ki, iztirab yaşamısansa, pessimist olmağa haqqın yoxdur. Bizki, iztirab yaşamış bir toplumuq, bir çox faciəvi situasiyalardan baş çıxardanxalqıq. Bizi bu müvəqqəti istilərmi məhv edəcək?!

Həyatdanöyrəndiyim ən önəmli şeylərdən biri də odur ki, baş verən müxtəlif səpkilihadisələr, düşdüyümüz ən gözəl və ən çətin anlar tez bir zamanda ötüb keçir. Mənbu isti havalarda, göydən od yağdığı vaxtlarda istidən zövq almağa çalışıram.Günəşin bizə olan qızmar sevgisini bədənimin hər yerində hiss edirəm.

Metroda,avtobusda olarkən insanların necə aqressiv, vəhşi duyğularda olduğunun şahidioluram. Bir-birlərinin gözlərinə ceyranı parçalayacaq yırtıcılar kimi baxırlar.Bu mənzərələr əlbəttə ki, mənə təsirsiz ötüşmür. Belə anlarda Buddanın əhvalatlarıyadıma düşür.

Bir dəfəşagirdlərindən biri soruşur:

- Əgər biribizi vurarsa nə edək?

Budda cavabverir:

- Əgər səninbaşına ağacın qurumuş budağı düşsə nə edərsən?

- Heç nə. Buadi təsadüfdü.

- O zaman birisəni vuracaqsa, eyni cür qəbul elə. Kimsə əsəbiləşib səni vuracaqsa, buna görənarahat olmağa dəyməz. Sən sadəcə öz yolunla get. Elə bil ki, heç bir şeyolmayıb.

İnsanböyük və dərin xəzinədir. İstənilən ağrıya, çətinliyə tab gətirə biləcək gücəsahibdir. Axı nəyə lazım bu qədər kin? İstiyə görə? Kasıbçılığa görə?

İstidirsədənizə getmək olar, pulun yoxdu, yoldan keçən bir "Kamaz”ın arxasına keç dənizəyaxın olan tərəflərdə düş. Yeməyin yoxdu, bir parça çörək, bir dilim pendirdə bəsedər insana. Axı biz bu dünyaya ancaq qarınımızı doldurmağa gəlməmişik ki?Bizim bir də mənəvi dünyamız, ruhumuz var axı. 

Mən şəxsən dənizə gedəndə bütünçətinliklərimi unudur, azad bir insan kimi hiss edirəm özümü. Dənizin,göyüzünün bir parçası oluram, yosuna, pulcuqlu balığa çevrilirəm.

TƏQVİM / ARXİV