ANA SƏHİFƏ / YAZARLAR

Niyə bu qədər şikayətçisiniz?

24589    |   2017-07-04 22:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə sosial şəbəkələrdə hər kəs istidən giley-güzar edir, az qala yeri göyü yaradan Allahı daş qalaq edirlər. Başa düşürəm sizləri, hamımız istirahət etmək istəyir, dənizin qoynuna girmək, uzaq səfərə çıxmaq istəyirik. Amma, ancaq, lakin...

Bir təsəvvür edin ki, Afrikada, Liviyada, Sudanda insanlar nə çəkir? Aclıqdan, susuzluqdan, yoxsulluqdan insanlar ölür. Afrikada gündə 23 milyon uşaq məktəbə ac gedir. Mənə görə, Afrika dünyanın ən kədərli qitəsidir.

Bir anlıq gözlərinizi yumub xəyal edin, onların yaşadıqlarını hiss edin, empatiya qurun. Nitşe deyir ki, iztirab yaşamısansa, pessimist olmağa haqqın yoxdur. Biz ki, iztirab yaşamış bir toplumuq, bir çox faciəvi situasiyalardan baş çıxardan xalqıq. Bizi bu müvəqqəti istilərmi məhv edəcək?!

Həyatdan öyrəndiyim ən önəmli şeylərdən biri də odur ki, baş verən müxtəlif səpkili hadisələr, düşdüyümüz ən gözəl və ən çətin anlar tez bir zamanda ötüb keçir. Mən bu isti havalarda, göydən od yağdığı vaxtlarda istidən zövq almağa çalışıram. Günəşin bizə olan qızmar sevgisini bədənimin hər yerində hiss edirəm.

Metroda, avtobusda olarkən insanların necə aqressiv, vəhşi duyğularda olduğunun şahidi oluram. Bir-birlərinin gözlərinə ceyranı parçalayacaq yırtıcılar kimi baxırlar. Bu mənzərələr əlbəttə ki, mənə təsirsiz ötüşmür. Belə anlarda Buddanın əhvalatları yadıma düşür.

Bir dəfə şagirdlərindən biri soruşur:

- Əgər biri bizi vurarsa nə edək?

Budda cavab verir:

- Əgər sənin başına ağacın qurumuş budağı düşsə nə edərsən?

- Heç nə. Bu adi təsadüfdü.

- O zaman biri səni vuracaqsa, eyni cür qəbul elə. Kimsə əsəbiləşib səni vuracaqsa, buna görə narahat olmağa dəyməz. Sən sadəcə öz yolunla get. Elə bil ki, heç bir şey olmayıb.

İnsan böyük və dərin xəzinədir. İstənilən ağrıya, çətinliyə tab gətirə biləcək gücə sahibdir. Axı nəyə lazım bu qədər kin? İstiyə görə? Kasıbçılığa görə?

İstidirsə dənizə getmək olar, pulun yoxdu, yoldan keçən bir "Kamaz”ın arxasına keç dənizə yaxın olan tərəflərdə düş. Yeməyin yoxdu, bir parça çörək, bir dilim pendirdə bəs edər insana. Axı biz bu dünyaya ancaq qarınımızı doldurmağa gəlməmişik ki? Bizim bir də mənəvi dünyamız, ruhumuz var axı. 

Mən şəxsən dənizə gedəndə bütün çətinliklərimi unudur, azad bir insan kimi hiss edirəm özümü. Dənizin, göyüzünün bir parçası oluram, yosuna, pulcuqlu balığa çevrilirəm.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK