adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Iyul 2017 17:13
70694
HÜQUQ
A- A+

İŞİD-ə qoşulan azərbaycanlıya hökm oxundu - 9 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilərək həbs edilən Nicat Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əhmədov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, N.Əhmədov 2015-ci ilin iyunun 21-də Suriya və İraq ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə Türkiyəyə, oradan isə Suriyaya gedib. N.Əhmədov həmin il dekabrın 4-dək "İraq-Şam İslam Dövləti” – "İŞİD” adlı qanunsuz silahlı birləşmənin qanunsuz silahlı birləşmələrinə qoşularaq radikal dini və hərbi təlimlər keçib.