BİR ANIN SİMFONİYASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
70882 | 2017-06-30 17:43

O hər kəs üçün olabilər

Açığını deyim ki,heç belə olmamışdım. Yəni elə bir durum, elə bir qəribə basqı içərisindəyəm ki,az qala həyatın bu an, bu dəqiqə bitəcəyini gözləyirəm. Düşünürəm ki, diktə etdiyimsöz dilimin ucundan qopan kimi hər şey bitəcək. Və...…

Bəli, adətən insantəklənəndə, arxasız, köməksiz, umudsuz olanda və bir də çarəsiz dərdlə baş-başaqalanda belə olur. Mənim bildiyimə görə,məhz həmin məqamlarda gözün ən doğma, ən əziz insanı axtarır... gözlərinə baxmaqüçün... nəfəsini duymaq üçün... səsini eşitmək üçün. Bilmirəm, bu yazdıqlarımda,bu dediklərimdə yanılıram, yoxsa yox, amma tam əminəm ki, mən həqiqətən düşdüyümdurumun nə adını bilirəm, nə ölçüsünü, nə çəkisini, nə də onun nə qədər sürəcəyini.Bilməməyimin əsas səbəbkarı da təbii ki, könlümün, gözümün axtardığıdı. Gözüm, könlümaxtaran uzaqlaşdıqca, arxa plana keçdikcə mənə yönələn basqı da artır, sıxıntı daçoxalır. Görünür bu da təklənməyimin, kimsəsiz qalmağımın üzündəndir. Təklənəninüstünə əlibaltalı da gəlir, baltasız da... haqqı olan da gəlir, haqqı olmayan da.Odur ki, özüm özümü nə qədər toparlamağa, nə qədər ələ almağa çalışsam da, gördüyümüzlər, eşitdiyim səslər, izlədiyim hərəkətlər mənə təklikdən çıxmağa imkan vermir.Və mən də məcburi qaydada bütün o üzləri, o səsləri, o hərəkətləri seyr edirəm.Bu seyretmə məqamında içimdən bir sual qopur: - Görəsən niyə belə olur? Görəsənbu insanların neçə min, neçə növ sifəti var?

Kaş bu sualın cavabını tapa biləydim. Onda heçolmasa nə ilə üz-üzə gəldiyimi, nə ilə qarşılaşdığımı anlayıb içimdəki sıxıntınırahatca boğub öldürərdim. Öldürərdim ki, o sıxıntı da, ürəyim də bir şeyi anlasın.Yəni anlasın ki, bu sifətlərə görə, ürəyin bu boyda sıxıntı çəkməsinə, bu boydaağrımasına ehtiyac yox imiş. Nə isə...

Bəli, şəhərin tez-tezdəyişən havası kimi mənim də tez-tez kökdən düşən iç dünyam ruhumu yaşantılara təslimedir. Nə qədər yıxılmamaq, ayaqda qalmaqistəsəm də, mümkün olmur. Bax, indi daha çox anlayıram ki, təklənmək nədi, tək qalmaqnədi... Anladığıma görə də ürəyimin, gözümün axtardığı sənə ehtiyacım daha da artır.Sən isə heç nə olmamış kimi çəkilirsən, uzaqlaşırsan və məcbur edirsən ki, bu misralarıyazım.

Ağlıma

gəlməzdi ki,

varlığımla

səni sıxacam

və sonra

günün birində

yadından çıxacam...

hətta

mənsiz

keçən anların

xoşbəxtliyin olacaq!..

ağlımagəlməzdi ki,

telefonumsusacaq...

ağlımagəlməzdi ki...

eh,

nədeyim mən daha

buda keçib gedəcək

sən

Yasinibilirsən

gəlsalavat çevirək

ruhuma!..

***

Bütüncəmiyyətdə olduğu kimi, çalışdığım kollektivdə də, elə ailəmizdə də günün mövzularıhəmişə diqqət çəkir. Adətən informasiyalar sürətlə yayıldığından hər bir qapınıdöyür, hər kəsə özünü sırıyır. Bax, elə mətbuat işçilərinə veriləcək mənzillə bağlıgündəmi zəbt etmiş xəbər də hər yerdə müzakirə olunur. Hətta ölkə sərhədindən kənarda yaşayan bir dostum datelefon söhbətimiz zamanı bu məsələyə toxundu. Doğrusunu deyim ki, mən bir anlıqsusdum və özüm-özümə düşündüm ki, ölkədən kənardakıların bizlərə və bütövlükdə Azərbaycanalaqeyd olması barədə söylənilən fikirlərinheç bir əsası yoxdur. Rusiyanın uzaq bir guşəsində alış-verişlə məşğul olan birininəgər mətbuat işçilərinə ev verməsindən xəbəri varsa, deməli, bu ölkədə baş verəndigər məsələlər də onun və onunla birlikdə qürbət yaşayanların diqqətindən yayınmaz.Bu bir tərəfdən sevindiricidi. Yəni bağlılıq baxımından, laqeydliyin olmaması baxımındantəqdirəlayiqdir. Lakin kiçik məsələlərə vaxt ayırmaq, hətta münasibət bildirib şərhlərvermək zənnimcə yersizdi və buna ehtiyac da yoxdu. Necə deyərlər, hər kəs öz işiilə məşğul olsa, bunun ölkəyə də, elə iş sahibinə də faydası daha çox olar. Çoxtəəssüf ki, biz hələ bu mərhələyə gəlib çatmamışıq. Qeybəti, söz gəzdirməyi informasiyailə, xəbərlə qarışıq salırıq. Nəticədə də bir kampaniya, bir şou düzənlənir. Heçkimə gərək olmayan şou. Nə isə...

Bəli,mən boş zamanlar qazananda və yaxud belə bir fürsət əlimə düşəndə özüm-özümü divarasöykəyib sorğu-sual edirəm. O sualların da əsas mahiyyəti doğulduğum yurdla, ailəylə,özümlə bağlı olur. Hətta belə anlarda yazı-pozumun da alt qatlarına bir fərqli formadaişıq salmağa çalışıram. İstəyirəm ki, mənim üzümdən atılmış addımlar, görülmüş işlərkiminsə haqqına kölgə salmasın, kiminsə istəyini ayaq altda qoymasın. Təbii ki,bu bir insan olaraq mənim içimdən keçən hissdi. Və mənim də gücüm bir insan olaraqyalnız özümü qorumaq yox, həm də evimdə, yanımda, ətrafımda olanları qorumaqdı.Neyləyim ki, indi hətta özünü qorumaq belə çox ağır bir işə çevrilib. O qədər ağır bir işə çevrilib ki, bəzən onun altınaçiyin verməyin özü yumşaq desək, ağılsızlıq kimi görünür. Belə olmasına baxmayaraq,ürək bildiyini edir. Onun mərhəməti, onun duyumu geri çəkilməyə imkan vermir. Nəticədədə daha çox ağrıyan yenə ürək olur. Və mən də bütün ağrılara az qala sınaq meydanıetdiyim ürəyin günahına bata-bata yenə üzümü sənə tuturam və yazıram ki:


Birtarix söylə mənə

Sevinəcəyimtarix!

Yerlə,ya göylə sənə -

Yetişəcəyimtarix!..


Ümidiməod qatıb

İçimdəocaq çatıb

Ruhumugöyə satıb -

Ötüşəcəyimtarix!..


Mənəslində bir zərrə

Günbiçirəm bir vərlə...

Sirdi,sən tək bəşərlə -

Görüşəcəyimtarix!..


Deməli,bu sirlə dolu dünyada (əslində informasiya sürəti indi sirləri sıfır həddinə endirir.Sadəcə ürəklərin döyüntüsü o həddi öz gücünə qorumağa çalışır - Ə.M.) nə qədər daldalanmaq,arxa cərgədə durmaq və yaxud da heç ortaya çıxmamaq istəsəm də mümkün olmur. Həttasənin görmək istəmədikdərin də səni görür. Və sənə elə gəlir ki, onlar səni izləyiblər,səni axtarıblar. Amma bu heç də belə deyil. Əsl gerçək odur ki, səni görənlər səninyaşadığın cəmiyyətin nümayəndələridi. Və sən də içərsində olduğun cəmiyyətin birsıra nəfəri kimi bütün baş verənlərin mərkəzində dayanırsan, özü də istəmədən, bilmədən.

Mənbugünlərdə tələbə yoldaşlarımla bir araya gəldim. Bir toyda hamımız yığışıb şənləndik,deyib-güldük. Lakin hiss etdim ki, şirin tələbəlik xatirələri bizi nə qədər özündəkökləsə də hamımızın içində bir sıxıntı var, hamımızın içində bir nigarançılıq var.Üstəlik, hamımız bir soyuq hava axınını da öz canımızdan keçirməyə məcburuq, təbiiki, məclisə görə. Bax, o məclisdən sonra ağlıma gələn ilk sual, ilk fikir bu olduki, biz niyə bütün bunları özümüzə yaxın buraxdıq. Lakin sonra özüm- özümü təsdiqetdim. İçimdə etiraf etdim ki, birinci məclisəvə məclisin sahibinə, ikincisi də zamanın reallığına görə biz məhz belə etməli idik. Deməli, qəbul etdiyimiz qərar doğru imiş. Ürəyimizə bir balaca yük salıb dözməklə biz o məclisin ovqatınıqoruduq. Bunu deməkdə, yazmaqda məqsədim odur ki, sən də məndən qurtulmaq üçün təbiiki, dözməlisən. Axı, dözüm, səbir qalib gəlməni nisbətən asanlaşdırır. İndi sənözün fikirləş. Bax, elə bu şeiri oxuyub fikirləş. Gör mən qərarımda haqlıyammı?


Yorduməni yaşamaq

Yükolmaq ağırlığı...

Kədərətəslim olmaq -

Əyilməkfağırlığı...


Yorduməni içimdə

Boğulansəs, xırıltı...

Boğulan səslə birgə-

Ürəyim də qırıldı!..


Yordu məni gözümdə

Yuyulub sərilən gün...

Dincələrəm özüm də-

Yəqin ki, dəriləngün!..


***

Heç yazı havası deyil...heç yazı ovqatı da yoxdu bu günümdə. Bunu sizə ilk cümləmdə, ilk fikrimdə demişəm,çatdırmışam. Lakin ürəyimin ağrı yükünü birbalaca ələyib ələkdən keçirmək üçün mütləq düşüncələrimi kağıza köçürməliyəm, yazmalıyam.Bu mənim üçün bir növü nəfəslikdi. Mən vərəqlərin arasında qələmə söykənib bir aznəfəs dərirəm. Yazdığım hər sözlə sanki özümün tükənən səbrimi, budanan ümidimibir az da yaşatmaq, bir az da qorumaq gücü tapıram. Bilmirəm, sizdə də belədir,yoxsa yox. Amma həqiqətən bu beşgünlük deyilən dünyada qələmi, sözü və səni hamıdan, hər kəsdən doğma bildim. Və günün indikianında da sən, qələm və söz mənə hamıdan doğmasan. Hətta səhər dan üzünə söylədimki:

Məndən qurtulmaqüçün

Çalışıb yol arama...

Özü kəfənin biçir-

İpəkqurdu-barama!

Hə, yazının bu nöqtəsində mənim fikirlərimə təkcə şərh yox, həm də münasibətbildirən bilgisayar yazarımız hörmətli Gülər xanım, yəni mənim gülüm dedi ki, buqələm, söz və bir də həmin o Sən dediyiniz, görün sizin əlinizdən nələr çəkir, görünsizə nə qədər dözür? Təbii ki, mən Gülər xanımla razılaşdım. Amma onu da etirafetdim ki, elə bu şairlik, bu qələm, bu söz və bir də onun özü məni mən olmaqdanməhrum edir. İndi görün günha kimdədi? Bilmirəm, Gülər xanım bunu fikirləşəcək,ya yox? Amma tam səmimi şəkildə deyirəm və Gülər xanım da bilgisayarda yazır ki:


Quşun da dilin öyrəndim

Daşın da dilin öyrəndim..

Quruya qarışıb yanan

Yaşın da dilin öyrəndim-

Danışdıq...


Gecəni dana caladım

Əvvəli sona caladım

Hər fikri cümlə elədim

Hər sözü ona caladım-

Danışdıq...


Bax orda mənim fərəhim,

Burda da sənin ümidin...

Dincəlsin deyə ürəyin

Mən ölüm! - səniunudum -

Danışdıq!


Bəli, bütün bunlarbəlkə də heç yazılmalı, deyilməli deyil. Amma gəlin etiraf edək ki, yaşadığımızhəyat bizi soldan, sağdan, yuxarıdan, aşağıdan o qədər sıxır ki, ondan bir balacaqopub ayrılmaq, nəfəs almaq üçün adam bir dəliqanlılıq da edir, bir məcnunluq da,bir şairlik də, hətta... Nə isə...

Bunlar anlaşılanvə başa düşüləndi. Mən də həmin o dediyim məqamdan qurtulmaq üçün bəzən nəyi necəedəcəyimin fərqinə varmıram. Təbii ki, bu fərqə varmamaq elə-belə ötüb getmir. Onunda ağrısı, onun da cəzası olur. Mən bunları da göz altına almışam. Elə göz altınaaldığıma görə də həmişə üz tutduğum Allahıma və Sənə deyirəm:


Bacara bilmirəm daha

Ürək sözümü eşitmir...

Ha yalvarıram Allaha-

Düşdüyüm odu keçirmir!..


Tüstüm gözümü koredir

Başqa kimsə görmüronu...

Ömrü büsbütün goredir -

Nədir bu inadın sonu?!


Önündə gücsüz olduğum

Hər bir halındanduyulur...

Yuyata götürülmüşəm-

Kiri, ürəyim yuyulur!..


***

Bəli, bütün bu yazımənim içərisində olduğum ovqatın bir anıdı. Sizə isə xoş anlar diləyirəm!


TƏQVİM / ARXİV