adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DÜNYANIN ƏN GÜCLÜ POLİSİ

FAİQ QİSMƏTOĞLU
70271 | 2017-06-30 15:00

… Vətənin, dövlətin,xalqın və millətin ən ağır günündə silaha sarılıb düşmən qabağına çıxan, onunladöyüşən və hətta şəhid olan Azərbaycan polisinin iyulun 2-də peşə bayramıdır. Bizhəmişə polisi ən çətin, ən ağır və ən mürəkkəb anlarda belə xalqın içində görmüşük.Biz görmüşük ki, ekstremal şəraitdə polis əməkdaşı həyatını təhlükə qarşısında qoyubhər hansı vətəndaşı ölümün pəncəsindən xilas edib! Biz görmüşük ki, Qarabağ müharibəsininilk günlərindən silaha sarılan, döyüşə atılan polis əməkdaşları olub! Biz görmüşükki, anasını, atasını döyüşdə itirən uşağı ölümdən qorxmayan polis nəfəri xilas edib!..

…1990-cı ildən «Ədalət»qəzetində çalışıram. Elə həmin illərdən də bizim qəzetin Azərbaycan polisi ilə çoxsıx əlaqəsi olub, onların həyat yolunu, döyüşünü, mübarizəsini, cinayətkarlığa qarşı mövqeyini və eyni zamanda ictimai asayişi qorumasınıön plana çəkmişik. Elə anlar olub ki, biz Azərbaycan polisi ilə Füzulidə, Cəbrayılda,Zəngilanda, Qubadlıda, Laçında bir sənrgərdə olmuşuq. Döyüş bitənə qədər nələr yaşamışıqbir Allah bilir, bir də bizim o dostlar! Amma onlar heç vaxt demədilər ki, bəs bizvətən yolunda belə qəhrəmanlıq göstərmişik,döyüşmüşük, düşməni məhv etmişik. Çünki vətən yolunda döyüşən, vuruşan və eləcədə cinayətkarlığa qarşı mübarizə aparan və xalqı hər şeydən üstün tutan polis əməkdaşlarınıbu millət, bu insanlar çox yaxşı tanıyırlar.

Ötən əsrin 90-cıillərin əvvəllərində tez-tez Füzuliyə, Cəbrayıla «qaynar nöqtəyə» gedirdim. Və ondada hələ indiki kimi Azərbaycan polisinin bir o qədər əlində ağır texnika və döyüşsilahları yox idi. Amma onda da indiki kimi səngərdə vətənin keşiyini çəkən, döyüşəatılan oğlanların çox böyük ürəyi var idi. Onların qəlbində elə bir vətən sevgisi,xalq məhəbbəti döyünürdü ki, düşmənin ən güclü silahı o əqidəni, o amalı susdurabilməzdi. Cəbrayılda polis polkovniki, rəhmətlik Rəşid Məmmədov (onun başına ermənilərmilyonlarla pul qoymuşdular və dəfələrlə mən Rəşid müəllimlə ən ağır döyüşlərdəiştirak eləmişdim. Elə səngərdə iki daşın arasında bir tikə çörək kəsmişdik, çayiçmişdik – F.Q), Füzulidə polkovnik Binnət Məmmədov və onun silahdaşları ilə hərhəftə döyüşdə olardıq. Bir həftə cəbhə xəttinə getməyəndə Binnət müəllim məni soruşardıvə narahat olardı. Elə bilərdi ki, xəstələnmişəm. Amma Binnət müəllim yaxşı bilirdiki, mənim ürəyim hər an onların yanındadı. Məngələnata yüksəkliyinin azad olunması anını heç vaxt unuda bilmirəm. Ondaermənilər Füzuli şəhərinin yaxınlığındakı bu yüksəkliyi ələ keçirmişdilər. Ammabir gecənin içində keçirilən əməliyyat nəticəsində həmin yüksəklik geri qaytarıldıvə orda öz bayrağımız sancıldı.

Sevincindən uşaqlarbir-birini qucaqlayıb öpürdülər. Ağlayanlarda vardı. Axı bu yüksəkliyi azad edərkən şəhid də vermişdik. Allah onların məzarınınurla doldursun və ruhlarını şad eləsin!

Azərbaycan polisiölkəmizin müstəqilliyi, azadlığı və bütövlüyü yolunda yüzlərdə şəhid verib. Nə qədərpolis əməkdaşı güllə və qəlpə yaraları alıblar. Mənim bir dostum var. İndi təqaüddədir.O, Yol Patrul Xidməti Alayının 6-cı tağımında komandir müavini işləyirdi və poliskapitanı idi. Dövlət tədbiri keçirilərkən, hərəkətin təhlükəsizliyini təmin edənzaman «Kamaz» markalı maşın magistral yola çıxıb hərəkət eməyə başlayıb. Və bu vaxtpolis kapitanı Arif Süleymanov özünü bu «Kamaz»ın altına atıb. Maşın onun ayağınınüstündən keçib. Ancaq polis kapitanı maşını dayandıra bilib və hərəkətin təhlükəsizliyinitəmin etməyi bacarıb. Onu xəstəxanaya aparıblar və ayağının birini amplutasiya ediblər.Göstərdiyi mərdliyə və şücaətə görə, ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən«İgidliyə görə» medalı ilə təltif edilib. Bax, budur Azərbaycan polisinin prezidenti,dövləti, xalqı sevməyinin bariz nümunəsi! Bax, budur vətən və xalqa xidmətin ənyaxşı göstəricisi!

Bu gün Azərbaycanpolisi general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə ölkəmizin müstəqilliyini,dövlətçiliyini çox yüksək səviyyədə qoruyur. Azərbaycan polisi ölkə prezidenti İlhamƏliyevə və bu xalqa çox sədaqətlidir. Azərbaycan xalqının ən ağır, ən çətin günündəpolis sinəsini güllənin qabağına verib, dövləti və dövlətçiliyi qoruyub. Hüquq-mühafizəorqanları arasında Azərbaycan polisi bütün dövrlərdə prezidentə və xalqa sədaqətiilə seçilib. Onlar həm cinayətkarlığa qarşı mübarizə aparıblar, həm vətən torpağıuğrunda döyüşlərdə iştirak ediblər, həm də ictimai asayişi çox yüksək səviyyədətəmin etməyi bacarıblar.

İş elə gətirib ki,biz «Ədalət» qəzeti olaraq yol polisi ilədaha sıx əlaqə yaratmışıq. Yəni 1990-cı ildənhər həftə «Ədalət» qəzetində Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə keçirilənreydin nəticələri işıqlandırılır. Bu da ona xidmət edir ki, sürücülər və hərəkətiştirakçıları arasında maarifləndirmə işləri yüksək səviyyədə təşkil edilir. Bununisə konkret nəticələri olur. Ən azından aparılan maarifləndirmə işləri hesabınayol-nəqliyyat hadisələri azalır, ölüm və xəsarətalma halları aşağı enir.

Baş Dövlət Yol Polisiİdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Baş Dövlət Yol Polisi İdarəsininrəis müavini, alay komandiri, polis polkovniki Balakişi Əhmədov, ekoloji bölüyünkomandiri, polis polkovnik-leytenantı Fuad Mayılov, 1-ci tağımın komandiri polis mayoru ÜrfətŞükürov, 3-cü tağımın komandiri, polis mayoru Mərdan Mehdiyev, 6-cı tağımın komandiri,polis mayoru Vüqar Əsgərov və başqaları sözünhəqiqi mənasında Azəröaycan polisinin adını və şərəfini uca tutublar. Onlar çalışıblarki, hərəkətin təhlükəsizliyini təmin etsinlər və hərəkət iştirakçıları mənzilbaşınasağ-salamat çatsınlar.

Qışın soyuğunda,yayın istisində yol polisi əməkdaşlarının hansı əziyyətlər çəkdiyinin şahidi olmuşuq.Ən azından ona görə ki, soyuq və isti günlərdə biz də həmin reydlərdə iştirak etmişik.Qəzaya düşmüş neçə-neçə insanın xilas edilməsində və onların operativ olaraq xəstəxanayaçatdırılmasında yol polsilərinin əvəzsizrolu var.

Polis həmişə bu vətəni,bu torpağı, bu xalqı, bu milləti qoruyur. Bəs biz polis üçün nə etmişik? Biz busualı tez-tez özümüzə verəmliyik. Polis bizi qoruduğu kimi, biz də onları qorumalıyıq.Əgər bizə atılan güllənin qabağına polis sinəsini verirsə, bəs biz nəyi gözləməliyik?Heç olmasa sevgimizi, məhəbbətimizi, istəyimizi onlardan əsirgəməməliyik. Biri görürki, hər hansı cinayətkar polisə müqavimət göstərir, durub bu hadisəyə kənardan tamaşaçıkimi baxır. Ən azından biz həmin anda polisin yanında olmalıyıq. Biri maşınla piyadanıvurub hadisə yerindən qaçır, onu görən adam polisə demir. Guya həmin maşının nömrəsinigörən adam polisə desə, bu, «işverənlikdi». Bəs sabah, birisi gün o adam bizim birqohumumuzu, yaxınımızı vurub qaçanda nə edəcəyik? Bax, onda yapışırıq polisin yaxasındanki, cinayətkarı tap çıxart üzə. Hansı ki, biz o cinayətkarı görürük, ancaq deməkistəmirik.

Bu gün Azərbaycanpolisi öz peşəkarlığına görə dünyanın ən güclü polisidir. Çünki ölkə prezidenticənab İlham Əliyev Azərbaycan polisinin maddi-texniki bazasının möhkəmləndirilməsivə gücləndirilməsi üçün çox böyük işlər görüb. Elə məhz Azərbaycan polisi də ölkəprezidentinin bu qayğı və diqqətini öz əməli işi, peşəkarlığı ilə təsdiqləyir.

Bu əziz peşə bayramıgünündə bütün Azərbaycan polisini, başda onun rəhbəri polis general-polkovnik RamilUsubov olmaqla bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirik. Və deyirik ki,doğurdan da mənim polisim məni qoruyur! Əlbəttə, Azərbaycan dövlətini, prezidentini,xalqını qoruyan Azərbaycan polisi həmişə belə qürurlu, güclü və qüdrətli olacaqdır.Çünki Azərbaycan polisinə son dərəcə prezidentə və dövlətçiliyə sədaqətlə xidmətedən yüksək mədəniyyət sahibi, polis general-polkovniki Ramil Usubov rəhbərlik edir.

Təbii ki, Azərbaycan polisi bundan sonra da öz ənənələrinidavam etdirəcək, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəkdir. Biz bir dahafürsətdən istifadə edib 2 iyul - Azərbaycanpolisin peşə bayramı münasibəti ilə onun generalından tutmuş sıravi heyətinə qədərhamısını təbrik edir, onlara uzun ömür, can sağlığı arzu edirik. Qoy Ulu Tanrı həmişəAzərbaycan polisini qorusun!


TƏQVİM / ARXİV