adalet.az header logo
  • Bakı 20°C
25 Iyun 2017 23:05
9328
DÜNYA
A- A+

“İŞİD-in sonuna az qalıb”

Əsgərlərimizin köməyi ilə İŞİD-i hərbi cəhətdən zəiflətdərək məhv edirik. Biz onlardan daha güclü olduğumuzu sübut etdik.

Adalet.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi deyib. Bağdadın Karada bölgəsində baş verən terror aktında həyatını itirənlərin ailəsi ilə görüşən baş nazir bu il İŞİD-in bir çox hücumlarının qarşısını aldığını bildirib.

Qeyd edək ki, keçən il iyulun 3-də İŞİD-in Bağdadın Karada bölgəsində törətdiyi teraktda 300-dən çox insan həyatını itirmişdi.