adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Iyun 2017 21:24
5941
HADİSƏ
A- A+

Xəzərdə batan şəxs xilas edilib

Xəzərdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş bir nəfər xilas edilib. 

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonu, Qobustan qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:30-da başa çatıb.