adalet.az header logo
  • Bakı 18°C
25 Iyun 2017 16:39
5773
HADİSƏ
A- A+

Kafedə Pakistan vətəndaşını döydülər

Bakıda əcnəbiyə qarşı xuliqanlıq edilib. 

Adalet.az Lent.az-a istinadən xəbər verir ki,Pakistanvətəndaşı, 1994-cü il təvəllüdlü Ahmed Cunayed Ahmedali oğlu Qaradağ rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən kafedə tanışı tərəfindən döyülüb. 23 yaşlı pakistanlı bildirib ki, onu döyən şəxsin adı Bəxtiyar Yazquliyevdir. Xəsarətin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Faktla bağlı araşdırma aparılır.