adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Iyun 2017 16:17
8280
DÜNYA
A- A+

Britaniya parlamentində həyəcan

Böyük Britaniya parlamentinin elektron poçt qutusu işləmir. Problemi aradan qaldırmağa çalışırıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri kiber-hücuma məruz qalan Böyük Britaniya Lordlar Palatasının üzvü Kristofer Rennard özünün "Tvitter” hesabında paylaşıb. O, həmçinin bildirib ki, palata parlament üzvlərinin şəxsi hesablarına giriş etməyə çalışanların olduğunu anlayıb. Kompüter şəbəkəsinin təhlükəsizliyini təmin etmək üçün araşdırmalar aparılıb. Az sonra məlum olub ki, bir neçə deputatın şəxsi parolları dəyişdirilib və onlar öz hesablarına daxil ola bilmirlər.

Qeyd edək ki, bu hadisədən bir qədər əvvəl "Tayms” qəzeti minlərlə parol və hesabların hakerlərin siyahısında olması və onların bu profilləri satmağı planlaşdırdığı barədə xəbər vermişdi.