adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Iyun 2017 11:48
7961
DÜNYA
A- A+

Ərdoğan bayram namazında huşunu itirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram namazında halı pisləşib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan ibadət üçün gəldiyi Memar Sənan məscidində huşunu itirib.

O, həkimlərin müdaxiləsindən sonra özünə gəlib.

Bayram namazından sonra jurnalistlərə açıqlama verən Türkiyə prezidenti hazırda səhhətinin normal olduğunu deyib:

"Bu gün şəkərlə əlaqədar təzyiq problemi yaşadım. Çox şükür ki, qısa vaxtda səhhətim normallaşdı. Hazırda özümü çox yaxşı hiss edirəm”.