adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Iyun 2017 22:29
10638
DÜNYA
A- A+

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

İyunun 24-də Yer kürəsinə potensial təhlükəli nəhəng asteroid yaxınlaşacaq.

Bu barədə "Fobos" nəşri məlumat yayıb.

Bildirilib ki, səma cisminin diametri 230 metr təşkil edir. Saatda 45 min kilometr sürətlə hərəkət edən asteroid Yerdən üç milyon km məsafədə keçəcək.

Alimlər hesablayıblar ki, Yer kürəsi asteroidlə toqquşacağı təqdirdə Hirosimaya atılan atom bombasından sonra baş verən partlayışdan 300 dəfə güclü partlayış qeydə alınacaq.