adalet.az header logo
  • Bakı 16°C
24 Iyun 2017 21:29
17151
ŞOU-BİZNES
A- A+

Evlilik proqramları olmayacaq

Türkiyədə uzun müddət müzakirə edilən evlilik proqramlarının yeni mövsümdən etibarən yayımlanmayacağı iddia edilib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aparıcı Fatih Altaylı bu günkü yazısında evləndirmə proqramlarını barışdırma proqramlarının əvəz edəcəyi fikrini irəli sürüb.

O, "Televiziya kanalları yeni yayım dönəmində, yəni sentyabr ayından etibarən evləndirmə proqramlarına son qoyacaq, onların yerinə barışdırma proqramları efirə gedəcək. Bu verilişlərdə ayrılan, ya ayrılmaq üzrə olan cütlükləri studiyada barışdırmağa çalışacaqlar" , - deyə iddia edib.