adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Iyun 2017 21:19
6071
İDMAN
A- A+

Rusiya qrupda qaldı

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də qrup mərhələsinə yekun vurulub. 

Son iki oyunun nəticəsinə əsasən yarımfinalçılar müəyyənləşib.

Son matçlar olduğundan iki qarşılaşma da eyni saatda start götürüb.

İki oyundan sonra 3 xalı olan meydan sahibləri Rusiya millisi 4 xala malik Meksika ilə üz-üzə gəlib. Bu matç ruslar üçün son şans idi. Ancaq Stanislav Çerçesovun yetirmələri ələ düşən son imkanı da boşa veriblər. Amerikalılar 2:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıblar. Ruslar isə yarışın bundan sonrakı oyunlarını azarkeş kimi izləyəcəklər.

Bu matça qədər 4 xalı olan bir digər komanda Portuqaliya isə Yeni Zelandiya ilə qarşılaşıb. Aşkar autsayder olan okeaniyalıların pireneylilər qarşısında heç nə ilə yadda qalmayacağı gözlənilən idi. Ronaldo və dostları 4:0 hesablı darmadağınlar qrupu lider kimi başa vurublar.

Konfederasiyalar Kuboku – 2017

3-cü tur

24 iyun

Meksika – Rusiya - 2:1

Qollar:Araujo, 30, Lozano, 52, - Səmədov, 25

Yeni Zelandiya – Portuqaliya - 0:4

Qollar:Ronaldo, 33, Silva, 37, Andre Silva, 80, Nani, 90+1

1.

Portuqaliya

3

2

1

0

7:2

7

2.

Meksika

3

2

1

0

6:4

7

3.

Rusiya

3

1

0

2

3:3

3

4.

Yeni Zelandiya

3

0

0

3

1:8

0