adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Iyun 2017 21:07
7302
MƏMLƏKƏT
A- A+

Nazir Qubada vətəndaşları qəbul edib

Daxili işlər naziri Ramil Usubov Quba Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, qəbulda Qubada daxil olmaqla, bölgənin altı şəhər və rayonundan müraciət edən 41 nəfər iştirak edib. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.