adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Iyun 2017 17:03
6239
MƏDƏNİYYƏT
A- A+

Bakıda sevgiyə aid sərgi olacaq

İyunun 30-da Bakı Xətai Sənət Mərkəzində "İslam Həmrəyliyi İli” çərçivəsində "Sevgi rəssamların gözü ilə” adlı rəsm sərgi açılacaq.

Xətai Sənət Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil ediləcək sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərovadır.

Xətai Sənət Mərkəzindən məlumat verilib ki, sərgidə müxtəlif yaş kateqoriyasına mənsub fırça ustalarının yalnız rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət janrlarında olan əsərləri nümayiş olunacaq.

Ekspozisiyada 160 fırça ustasının 180-dək sənət əsəri sərgilənəcək. Hər janr üzrə I, II və III yerin qalibləri mükafatlandırılacaq.