adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Iyun 2017 10:26
11555
SİYASƏT
A- A+

“Qarabağ məsələsində Azərbaycanla eyni mövqedəyik” - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupunda Türkiyənin də təmsil olunma məsələsinə münasibət bildirib.

Azərbaycan media təmsilçilərinin sualını cavablandıran Ərdoğan deyib ki, Türkiyə Dağlıq Qaraba məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir:

"Biz eyni dildə danışır, eyni hərəkət edirik".

Qeyd edək ki, Türkiyə hökumətinin dəvəti ilə 32 ölkədən 64 media nümayəndəsi bu ölkədə səfərdədir. Azərbaycan media təmsilçilərinin də olduğu səfərdə məqsəd Türkiyədəki qaçqın düşərgələri ilə tanışlıqdır. (Report.az)