adalet.az header logo
  • Bakı 6°C
23 Iyun 2017 21:19
4718
İDMAN
A- A+

“Formula-1”: Maks Ferstappen liderliyi əldən vermədi

Bakıda təşkil edilən "Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşlər keçirilib.

 Adalet.az-ın məlumatına görə, yürüşdə 10 komandanın 20 pilotu iştirak edib.

Ancaq 20 pilotdan 18-i çıxışını sonadək davam etdirib. "Red Bull”dan Maks Ferstappen qəza törətməsinə baxmayaraq, liderliyini qorumağı bacarıb. 20 yaşlı idmançı 1:43.362 dəqiqəlik göstərici nümayiş etdirib.

Onu 1:43.462 dəqiqəlik nəticə ilə komanda yoldaşı Valterri Botttas ("Mercedes”) izləyib. Siyahının üçüncü pilləsində 1:43.473 dəqiqə ilə "Red Bull”dan Daniel Rikkardo qərarlaşıb. "Ferrari”nın pilotları Kimi Raykkonen (1:43.489) və Sebastyan Fettel (1:43.615) müvafiq olaraq 4-5-ci yerləri tutublar.

Qeyd edək ki, üçüncü sərbəst yürüş sabah saat 14:00-da başlayacaq.