adalet.az header logo
  • Bakı 7°C
23 Iyun 2017 22:54
10542
SİYASƏT
A- A+

Azərbaycanın Fransadakı səfiri dəyişdirildi

Azərbaycan Prezidenti İlham Əliyev Elçin Oktyabr oğlu Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısı, həmçinin Rəhman Sahib oğlu Mustafayevin Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rəhman Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.