adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Iyun 2017 21:15
8995
HADİSƏ
A- A+

Bakı trasında daha bir qəza

"Formula-1" üzrə Azərbaycan Qran Prisində növbəti qəza baş verib.

Adalet.az-ın məlumatına görə, ikinci sərbəst yürüş zamanı "Red Bull Racing” komandasında Maks Ferstappen idarəetməni itirərək səddə çırpılıb.

Qəza nəticəsində onun bolidinə ciddi zərər dəyməyib. Marşallar pilota bolidi tərk etməyə kömək edib.