adalet.az header logo
  • Bakı 7°C
23 Iyun 2017 17:56
6233
MƏMLƏKƏT
A- A+

Goranboyda sel ciddi fəsadlar törədib – Video

Güclü yağışlar Goranboyda fəsadlara yol açıb.

Adalet.az ARB TV-yə istinadən xəbər verir ki, rayon ərazisində keçən Kürəkçayda suyun səviyyəsi artıb və çay daşıb.

Sel suları rayonun Goranlı, Kürəkçay, Nadirkənd və Qazancı kəndlərində əkin sahələrinə və təsərrüfatlara ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində problemlər yaranıb.

Təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar işlərə başlayıblar.