adalet.az header logo
  • Bakı 7°C
23 Iyun 2017 17:50
21412
İQTİSADİYYAT
A- A+

Büdcənin gəlir və xərcləri artırılır

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədar olaraq, 2017-ci il dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 511,0 milyon manat artırılaraq 16 766,0 milyon manata, xərclər isə 1041,0 milyon manat artırılaraq 17 941,0 milyon manata çatdırılacaq.

Dəyişiklikdən sonra 2017-ci il icmal büdcənin gəlirləri 22 840,9 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2820,2 milyon manat və ya 14,1 faiz çoxdur.

İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəriciyə nisbətən 3,7 faiz və ya 1051,0 milyon manat artırılaraq 29 818,2 milyon manata çatdırılması nəzərdə tutulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bəyənilən qanun layihəsinin Milli Məclisin iyunun 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.