GÖZDƏN YAYINANLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
63028 | 2017-06-23 15:46

Ürəkdəyaşamaq daha gözəldi

Yaxıngünlərin söhbətidi. Üstündən cəmi iki gün keçib. Şair Kəramət gəlmişdi iş otağıma.Yanında da bir cavan oğlan. Bizi tanış elədi. Məlum oldu ki, Firuz televiziya işçisidi.Amma nədənsə yollarımız kəsişməyib, görüşməmişik. Bəlkə də elə görüş layihəmiz Tanrıtərəfindən bu günə yazılıbmış. Onu müzakirə eləmək fikrində deyiləm. Əsas odur ki,Kəramət və Firuz gəlmişdilər. Düşdük nəşriyyatın yeməkxanasına. Kəklikotu çayı sifarişverdik və başladıq bildiyimizdən, eşitdiklərimizdən danışmağa. Bunları ona görəxüsusi vurğulayıram ki, mən bu söhbətdə maraqlı bir detalın dinləyicisi oldum. ÇünkiKəramət aradabir "gözdən yayınmaq” sözünü işlətdi. Həmin sözə də Firuz hər dəfəqımışmaqla reaksiya verdi. Marağımı görüb o "gözdən yayınmağı" mənə izahetdilər və məlum oldu ki...

Firuzözünəməxsus şəkildə bildirdi ki, onların qonşuluğundakı kəndin bir məktəb direktoruolub. Bu məktəb direktoru da öz bildiyi kimi məktəbi idarə edirmiş. Ona görə dəməktəbi bitirənlər ən yaxşı halda ya traktorçu, ya da sürücü olurmuş. İş elə gətiribki, məktəbin məzunlarından biri tələbə adı qazanır. Olub ali məktəb abituriyenti. Bu xəbəri eşidən direktor özündən narazı haldakollektivi yığıb başına və deyib:

-Bu uşaq gözümüzdən nə təhər yayınıb?!

Bəli,həmin o vaxtdan bütün kənd direktorun "gözümüzdən nə təhər yayınıb" sözünüedib zərbi-məsəl. Yəni atalar sözü.Ona görə də qarşılarına maraqlı bir adam çıxanda və yaxud qeyri-adi nəsə görəndədərhal soruşurlar ki, bu gözümüzdən nə təhər yayınıb ki, indiyə kimi görməmişik.

Düzünü deyim ki,Firuzun söylədiyi əhvalat əhvalımı 360 dərəcə dəyişdi. Necə deyərlər, içimdəki dilxorçuluğu,sıxıntını müvəqqəti də olsa atdım bir kənara. Və mən də zarafatca Kəramətə dedimki, bu Firuz gözümüzdən nə təhər yayınıb ki, biz onu indi tanıyırıq. Daha doğrusu,mən onu indi tanımağa başladım...

Bu tanışlığın üstünə5-6 saat keçəndən sonra elə işıq düşdü ki, mən bir daha yanılmadığıma əmin oldum.Firuzun polimik.az saytında yazdığı "Həmən Aqil Abbas" yazısı mənə onubir daha tanımaq, ürəyini kitab kimi oxumaq imkanı verdi. Və bu imkanı yaradan Kəramətin də şair ruhuna içimdə bir salavat çevirdim.

Axı şairlər heç vaxtölmürlər. Onların ruhu həmişə sözün, qələmin yanında olur. Deməli, söz, qələm hardadısaşairlər də ordadı. Və mən bu yazını yazdığım məqamda da təbii ki, Kəramət də yanımdaidi, gözümdən yayına bilməmişdi...

İş otağımın pəncərəsiYasamal qəbiristanlığına baxdığından bütün bu düşündüklərimi, yazdıqlarımı öz-özlüyümdəüzü qəbiristanlığa tərəf pıçıldayıram. Pıçıldadıqca da hiss edirəm ki, məni elə söz adamları və bir də təbiiki, Sən eşidirsən. Sənin eşitdiyini nəzərə alıb heç vaxt ürəyimdən, gözümdən yayınmayanSənə deyirəm:


Sən işığı söndürüb

Qapını bağlamısan...

Məni bir ömür uzaq-

Bir küncdə saxlamısan...


Hər gün düşüb biryarpaq

Hər gün ümid gödəlib...

Sən işığa can atan-

Könlümə qəm ödənib!..


Sənə göy üzü birtac

Mən torpağa çatıram...

Barı nəfəsliyi aç-

Çöldə donur xatirəm!..


***

Adətən deyirlər ki,heç nə itmir, heç nə unudulmur. Olsa-olsa formasını dəyişir. Mahiyyət olduğu kimiqalır. Mən buna son vaxtlar heç inanmıram. Gördüklərim, yaşadıqlarım, hətta eşitdiklərimmənə əsas verir ki, hər şeyin dəyişdiyinə, hər şeyin unudulduğuna daha çox inanım.Siz özünüz də yəqin ki, bu barədə düşünmüsünüz (Əgər düşünməmisinizsə, zaman tapıbdüşünərsiniz. Məsləhətim ziyanınıza olmaz - Ə.M.).

İrad tutan hər kəsyəqin ki, burda müəyyən tarazlığın pozulduğunu, bir fərdin fikrinin etalon olmamasınısöyləyə bilər. Mən onda da etiraz etmirəm. Lakin hər gün görür və hiss edirəm ki,dünənki adam, dünənki hərəkət, əməl, nəticə bu gün az qala 50-50-yə mahiyyətinidə, məzmununu da, bütövlükdə görkəmini də elə dəyişib ki, heç ona tərəf baxmaq istəmirsən,heç onu qavramaq, dərk etmək, lap açığını deyim, özünə yaxın buraxmaq da ağılınucundan gəlib keçmir. Sadəcə olaraq bir şeyi düşünürsən:

- Görəsən niyə beləolur? Və yaxud niyə belə olmalıdı?

Məhz bu sual mənihər an rahatsız etdiyindən mən də yavaş-yavaş təkcə ətrafımdan yox, elə özümdəndə soyuyuram, küsürəm və daha çox da içimə çəkilməyə çalışıram, duyğularım, istəkləriminqabarmasının qarşısını alıram, özümə sərhəd yaradıram, sədd qoyuram. Yeri gəlmişkənonu deyim ki, mənim bu hərəkətim də dostların, doğmaların diqqətindən yayınmır.Görürəm ki, onlar da artıq mənə başqa cür baxırlar. Hətta əl boyda nəvələrim dəsanki ürpəşirlər məndən, ehtiyatlanırlar. Amma neyləyim. Hamının günahkar saydığızaman məni də çilədən çıxarır... məni də sarı simdə kökləyir. Görünür, bu qaçılmazbir həyat qanunudu. Mən də bu həyatın bir zərrəsi kimi həmin qaçılmaz qanunun icraçısıyam.Özü də ən dəqiq və ən sərt icraçısı. Lakin mənim bu düşüncələrimin alt qatındakıişıq hələlik köməyimə çatır. Məni tam yıxılmaqdan, tam təslim olub ağ bayraq qaldırmaqdanyayındırır...

Burada "ağ bayraq"sözünü fikrin axarında işlətsəm də həmin söz yadıma ərəfəsində olduğumuz bayramınbir məqamını saldı. Oruc tutanlarımız, ibadət edənlərimiz inciməsin, məni üzürlüsaysın. Mən də öz durumuma görə yazmışam ki:


Dərdin orucun tutdum-

Duasız iftar açdım...

Özümü ağ bayraq tək-

Təkliyin üstə sancdım!


Yəqin bayram süfrəsininovqatı bir az əhval-ruhiyyələrə təbəssüm qatacaq. Buna sevinirəm. Çünki təbəssümqıtlığı heç də xəsislikdən irəli gəlmir. O həm də parasızlığın, əlin cibdə utanmasınıngöstəricisidi. Biz də israfçılığa öyrəndiyimizdən, sabahı diqqət mərkəzində saxlamadığımızdanmüəyyən mənada özümüz-özümüzə problem yaradırıq. Buna görə də mən həmin o təkliyimihəmsöhbətimə çevirib ona da, elə bütün oxucularıma da üz tuturam.


Gülüm,

təkliyimdən

bezmirəm daha

çünki

sevməklə batmışam

günaha...

cəzam səni düşünərək

ölməkdi! -

qorxma

asi olmayacam

Allaha!..

***

Şəhərimizdə alış-verişyerləri çoxdu. Və hər kəs də öz cibinə və getmək imkanına uyğun yerlər seçir. Məndə təsadüfdən yolumu (təsadüf deyəndə bir dostun arzusu ilə tanıdım oranı - Ə.M.)"meyvəli" deyilən ünvana saldım. Doğurdan da elə meyvəli, tərəvəzli məkandı.Nə istəsən tapıb almaq mümkündü. Amma buranın bir qəribəliyi var ki, burda dahaçox hər şey topdan satılır. Və mən də bu topdan alış-veriş gedən yerdə satıcılarlaayaqüstü söhbət edib anladım ki, bu yer, bu bazar mənlik deyil. Soruşa bilərsinizki, niyə? Mən də sizə cavab verirəm ki, burada gözə görünməyən hansısa bir nəsnəqiymətləri elə nizamlayıb ki, ya gərək çənən möhkəm ola, ya da gərək cibin isti.Yoxsa topdan aldığın istənilən meyvəni, yaxud tərəvəzi şəhərdə qapının ağzında aldığındanmütləq baha qiymətə sənə sırıyacaqlar. Ona görə də gündəliyini düşünən, necə deyərlər,tərəzi ilə hesablaşmağı üstün tutan alıcının buraya ancaq "turist" kimigetməsi daha münasibdi. Yenə deyirəm, adamın başının üstündə Allah var. Bu "meyvəli”deyilən yerdə bütün meyvələrin və bütün tərəvəzlərin çeşid bolluğu danılmazdı. Eləbu bolluğu seyr edərkən yadıma rəhmətlik Səməd Vurğun düşdü. Xalq şairi deyirdiki: "Çörək bol olarsa, basılmaz vətən!" indi mən də içimdə təkrarlayıramki, "meyvəli”də nə qədər bolluq olarsa, şəhərdə tərəzi ilə hesablaşan bizlərin vəziyyətibir o qədər sevindirici olar. İnanın ki, bu sözü yazıb nöqtəni qoyanda tək səbirgəldi. Daha buradan beləsini özünüz fikirləşin...

Hə, "meyvəli”dənşəhərə qayıdıram. Məni bu səfərə dəvət etmiş dostum öz-özünə mızıldanır. Təbii ki,onun mızıltısının arxasında qiymət məsələləri dayanır. Amma nə deyir, nə danışırheç vecimə də deyil. Çünki o bazardan heçnə almamışam. Nə satan, nə alan kimsə məni aldatmayıb. Cibimdəki əzik manatlarıməhəllədəki yaşlı, laçınlı qaçqın kişi üçün saxlamışam. Bu insan öz həyətinin məhsullarınıelə qapısının ağzındaca vedrələrə yığıb oturub yanında. Hərdən pulu olmayan müştərilərinədə nisyə verir. Bilir ki, beş-üç günə borcunu qaytaracaq. "Meyvəli”də isə kimdiməni tanıyan və nisyə mal verən? Burda onu da vurğulayım ki, mən atalar sözünə əməl etməyi xoşlayıram. Uyğun gəlsə də,gəlməsə də deməliyəm ki, atalar xasiyyətinibilmədiyin adama güvənməyi məsləhət bilmir. Mən də tanımadığım, xasiyyətini bilmədiyimadamlardan həmişə məsafə saxlamağa çalışıram. Bilirəm ki, mənim bu məsafədə itirəcəyimheç nə yoxdu. Bəlkə heç qazancım da mümkün deyil. Lakin...

Bilirəm ki, bu dünyadabütün maddiyyatlar yavaş-yavaş əriyib gedir. Mənəviyyatlar isə... Bax, bu gəlimli-gedimlidünyada bircə istəyim var. O istəyi də üzümüAllaha tutub həmişə səndən diləmişəm. Və yazmışam ki:


Mənə

iynəucunda

ümidver -

səpimürəyimə

çəkimgözümə...

oümidin içində

ürəkver -

təpimürəyimə,

əkimgözümə...

verdiyinümidlə,

ürəkləbirgə

sonsuzbir

sevgiver -

öpümürəyimlə,

bükülümona,

bükümözümə!..

***

Hərbir görüş, hər bir hadisə müsbət mənada yaddaşa iynə ucu boyda da olsa iz salır.Mən sizinlə etdiyim bu söhbətin mövzusu da iki məqamın ortaya qoyduğu bir mənzərəidi. Birinci məqam Kəramət, Firuz və onlarla birlikdə gələn "gözdən yayınmaq",ikinci də "meyvəli" deyilən ünvan. Mən onların hər ikisini. İlk dəfə görüb, tanıyıb təmasqursam da, izləri qaldı yaddaşımda. Biri gələcək görüşlərin ip ucu kimi, biri isəötəri meh kimi. Yəni ikinci sadəcə olaraq bir ünvan oldu mənə - tanıdığım ünvan.Amma hər ikisi düşündürdü və yaşatdı... hər ikisi məndə müəyyən fikirlər yaratdı.Hətta birincini gec tanımaqda özümü qınadım. Bu gecikmiş dostluğun dəyərəni dərketməyə başladım. Eybi yox, gec də olsa hər halda, yaddaşımda və taleyimdə belə anınolması, başlanması yəqin ki, xeyrədi. Və mən xeyri, uğuru, xoş anları hər kəsə diləyirəm.Və hətta sevdiyimə yazıram ki:


Mən daha yoxam, gülüm

Gəzib, yorma özünü...

Mənsizliyi dərd edib-

Dözüb, yorma özünü...


Dərdi gor tək eşirəm,

Ürəyimi deşirəm...

Dərməsən də düşürəm-

Üzüb, yorma özünü...


Canolsa da fərəhim,

Canolmur tay gərəyim!

Yerəgəlir kürəyim -

Küsüb,yorma özünü!


Bəli,bütün bu yazı boyu bir fikir var idi ağlımda, bir yol vardı qarşımda. O da yaxşını,yaddaşa yazılanı yaşatmaq, onu heç olmasa xatırlatmaq və bir də Allahın verdiyiömrün məqamlarına qarşı təmkinli olmaq. Ona görə ki, Allahdan böyük, Allahdan qüdrətlikimsə yoxdu ki, onun verdiyini dəyişsin. Əgər bu həqiqəti qəbul ediriksə, onda niyəaxan suya qarşı üzməliyik? Elə öz gücümüz, öz imkanımız ölçüsündə və bir də xəyallarımızın,arzularımızın gedib çatacağı yerlərə qədər üzsək yaxşı olmazmı?

Bax,bu sual ətrafında imkan olanda siz də azacıq da olsa düşünün. Düşünün yaxşılıqları və yaxşıları.


TƏQVİM / ARXİV