Dəyişən ölçülər

FƏRİDƏ RƏHİMLİ
32096 | 2017-06-23 15:41

Bu gün psixoloqlar iddia edir ki,imkanlı ailədən olan uşaqların onlara daha çox ehtiyacı var. Bu iddianı hərəbir cür qəbul edir...

Məşhur ulduz Beyons konsert üçündünyanın başqa ölkələrinə gedərkən qızını evdə tək qoymamaq üçün Nyu-Yorkdaonun üçün kirayəsi bir milyon yarım olan mənzil tutub. Qız ata -anasınınkonsertini otağından canlı-canlı izləyə biləcək. Bir neçə il əvvəl isə Beyonsqızı üçün kristal daşlarla bəzədilmiş yemək stolu düzəltdirmişdi. Şakiranın isəbir yaşı tamam olan qızına səksən milyon dəyərində üstü on səkkiz brilliantqaşla bəzədilmiş Barbi kuklası aldığını da oxudum...

Bunların psixoloqun şərhi ilə nəəlaqəsi olduğunu yəqin ki, təxmin edənlər oldu. Varlı balaları doğulduğu gündənən zəruri, hətta zəruri olmayan tələbatlarla da təmin olunurlar. Yəni, nəyi isəəldə etmək üçün çalışmır, əziyyət çəkmir, hər şeyə asan yolla nail olurlar.Buna görə də gənc yaşlarından istədikləri, arzuladıqları bir şey qalmır. Oxumaqistəsə, ən yaxşı pedoqoqlar tutulur, xarici dil öyrənmək istəsə, həmin ölkədənmütəxəssis gətirilir, istirahət etmək istəsə, dünyanın ən məşhur guşələrihüzurunda hazır, öyrənmək istədiyi hansısa peşənin, sənətin biliciləri tədrisüçün sıraya düzüləcək... geyim, yemək, əyləncə haqda isə deməyə dəyməz.Beləliklə, onun üçün maraqlı, həsrətində olduğu əlçatmaz heç nə qalmır. Və onunüçün artıq maraqsız olan həyatda təzə bir macəra axtarışına çıxırlar. Bu macəraisə çox vaxt qadağan olinmuş, ziyanlı vərdişlərə meyillənməklə başlayır ki, buda çox vaxt onları faciəli sonluğa aparır...

Onların xəbəri olmur ki, əməkləqazanılanın bəhrəsindən ləzzətli həyatda heç nə yoxdur. Zəhmət çəkilməsə, əldəolunanın heç bir qiyməti olmur. İnsan zəhməti sayəsində mükəmməlləşir, inkişafedir (Darvinin təkamül nəzəriyyəsinin bura dəxli yoxdu). Nə qədər imkan, şəraitolsa da, tərbiyə üçün düzgün metodlardan istifadə etmək hər bir valideyninməsuliyyətidir. Çünki bu gün etdiyin səhv tərbiyə sabah öz üzünə duracaq."Mən görmədim, balam görsün. Mənə nəsib olmadı, övladım məhrumolmasın" deyib, onları əslində harın böyütdüyümüzün fərqində olmuruqbəzən.

Milli Məclisdən verilən məlumata görəAzərbaycanda övladlığa götürmə mexanizminin gücləndirilməsi müzakirə ediləcəkvə bununla bağlı Ailə Məcəlləsində dəyişikliklər olacaq. Milli Məclisin Sosialsiyasət komitəsinin sədrinin açıqlamasına əsasən: "Kasıb ailələrə uşağıetibar etmək olmaz!"

Maraqlıdı, bir çox maddi imkanlardanməhrum olsa da, "ürəyinin işığını, gözünün yağını" balasındanəsirgəməyən kasıb onun gələcəkdə layiqli insan olması üçün əlindən gələniəsirgəmədiyi halda, nədən ona uşaq verilməsin? Çox şeydən məhrum olan valideynəbu sevincdəmi çox görülməlidi? Axı özü ac qalsa da, balasını təmin etmək üçündəridən-qabıqdan çıxır kasıb. Varlının, imkanlının balalarının məhrum olduğunemət - valideyn sevgisi kasıblarda daha çox öz əksini tapır. İş, biznes,"yuxarı"ların təzyiqindən başı qarışıb bəzən uşaqlarını unudan nəqədər imkanlı ailələr var... Pul çox şeyi həll etsə də, hər şeyi həll etmir.Bircə gecə dayəsinin yox, valideyninin ona nağıl oxuyaraq, yaxud heç olmasabaşını sığallayaraq yatızdırmasının xiffətini çəkə - çəkə böyüyən o qədərimkanlı ailə uşaqları var ki... Belə böyüyərək laqeyd, bivec olur, gələcəkdəvalideyninə qarşı soyuqluğuyla onların etdiklərini təkrar edirlər. Bu problemləböyüdükcə onlarda nə valideynə, nə də doğulub böyüdüyü Vətənə qarşı sevgi,təəssübkeşlik hissi inkişaf etmir.

Bu gün qanunlarımızda zamana uyğundəyişikliklər edilməsinə həqiqətən ehtiyac var. Müzakirəsi gözlənilən iki qanunlayihəsi haqqında açıqlama diqqətimi çəkdi. Onlardan biri övladlığa uşaqverilməsi ilə bağlıdı. Axı kasıbları övlad sevincindən niyə məhrum edək? Qanunudəyişmək əvəzinə övladlığa uşaq götürən ailənin maddi durumu qənaətbəxşdeyilsə, bu ailəyə maddi kömək etmək haqda qərar qəbul edin! O zaman həm sizdeyən olar, həm onlar istəyən, həm də bir uşaq sevinclə ona qucaq açan ailəyəqovuşaraq xoşbəxt olar.

Digər layihəyə görə isə, işsizgənclərin nikaha girməsində, ailə qurmasında olacaq problemlər haqdadır. Yəni,gənclərdən heç biri işləmirsə, onların ailə qurmasının qadağan edilməsigözlənilir. Təbii ki, heç bir gəliri olmayan gənc evlənmək arzusunu bir neçə ilyubadır. Amma ailənin onları dolandıra biləcək başqa üzvü varsa, nikahı illərləgecikdirməyin nə mənası? Bəlkə işsizlik problemini həll edək? Bu, hər kəsin, ocümlədən də yeni ailə qurmaq istəyənlərin arzusunu gerçəkləşdirər. Bir anlıqtəsəvvür edin ki, ailə qurmaq istəyən gəncin iyirmi beş - otuz yaşı var və o,beş - altı il münasib iş tapmadı. Onda belə çıxır ki, ölkədə subaylar ordusumeydana gələcək, həttda artıq gəlməkdədir. Bu da əhalinin sayı baxımındanstatistikada enməyə gətirib çıxaracaq. Və nəhayət, əsl o zaman atılmışuşaqların sayı artacaq...

Barəsində düşünməli əsl məsələlərdənyayınmayaq...


TƏQVİM / ARXİV