MÖCÜZƏ

FAİQ QİSMƏTOĞLU
60848 | 2017-06-23 15:44

… Heç vaxt möcüzəelə-belə baş vermir və heç bir insan da möcüzə yaratmaq gücünə malik deyil. Bəzənelə olur ki, kimsə sehrbazlıq eləyir, müxtəlif foks göstərir. Və camaat da deyirfilankəs möcüzə elədi. Amma filankəs heç vaxt Allahın izni olmadan möcüzə göstərəbilməz. Kimlərsə buna maraq göstərə və hətta özündən bir fikir uydura bilər ki,mənə istedad verilib və möcüzə göstərirəm.

Allah-Təala möcüzəniseçdiyi və sevdiyi peyğəmbərlərə qismət eləyib. Məsələn, Musa peyğəmbərə 9 möcüzəgöstərməyi bəxş edib. Həmin möcüzələrdən biri o idi ki, Musa peyğəmbərin əsası yerə atılanda ilan kimi hərəkət edib gedirmişvə əjdahaya dönürmüş. O əsanı yerə vuranda ordan su çıxarmış və insanlar da bulaqdan çıxan bu suyudoyunca içərlərmiş. Allah-Təala Musa peyğəmbərə bir möcüzə də veribmiş: əsasınıyerə vuranda dəniz iki yerə bölünərmiş və burdan onun özü və silahdaşları keçibgedərmiş. Və Firon da nə qədər çalışsa da, onları yaxalayıb məhv edə bilməzmiş.Çünki Allah-Təala bu möcüzəni Musa peyğəmbərə qismət eləmişdi və bu möcüzəni dəgörən insanlar Allahın dediklərini onlara çatdırdıqlarına görə, Musa peyğəmbərəsığınmışdılar. Onaasi olanlar da var idi. Məsələn, Firon deyərdi ki, Allah yoxdu. Elə mənim özüm Allaham.Bu Allahsız adamın da əlindən ancaq baş kəsib qan tökmək gəlirmiş. Sonda da Musapeyğəmbəri təqib edərkən ordusu ilə bir yerdə dənizin dalğalarının arasında məhvoldu.

Əgərbu gün də kiminsə ürəyindən və qəlbindən Fironluq keçirsə, onlar məhv olmuş Fironunhəyatını gözünün qarşısına gətirməlidilər və Allaha asi olmamalıdılar. Yəni Allahlaallahlıq eləməməlidilər.

Mənelə də dindar adam deyiləm. Amma Allahımı və peyğəmbərimi tanıyıram və həmişə dəUlu Yaradanı zikr edirəm, yada salıram. Təbii ki, hər insanın ürəyində Allah sevgisiolanda o daha mərhəmətli, daha işıqlı və daha rəhmli olur. Nəyə görə bunu deyirəm?! Ona görə deyirəmki, biz insanlar bir çox halda Allahın böyüklüyünü və əbədiliyini yaddan çıxarırıq.Və hətta onun möcüzələrini belə unuduruq.

Allahın ən böyükmöcüzələrindən birini biz bu gün görürük.Sadəcə, çoxlarımız düşünmürük ki, bu Allahın möcüzəsidir. Mənim 61 yaşım var vəhələ indiyə qədər iyun ayının bu dərəcə sərin keçdiyini görməmişəm. Çünki Ramazanayı başlayandan iyunun 24-nə qədər payız havasını yaşayırıq. Çünki oruc tutanlar,namaz qılanlar əziyyət çəkməsin deyə Allah-Təala bu havanı biz insanlara qisməteləyib. Allah-Təala sevdiyi insanları heç vaxt çətində və darda qoymayıb. Və birkimsə yolunu azıbsa, çaşıbsa, Ulu Yaradan ona da rəhm edib. Sadəcə olaraq biz insanlarAllahın böyüklüyünü hələ bir o qədər də dərk eləyə bilməmişik.

Görürsünüzmü, yaydır.Ötən il bu vaxt havanın temperaturu 36 dərəcədən yüksək olurdu. Çöldə, bayırda,günün altında gəzmək mümkün deyildi. İsti o qədər şiddətli idi ki, adam bir qədərgünün altında qalsaydı, ürəyi gedərdi. Bu gün isə tam fərqli bir havanın, şəraitinşahidi oluruq. O havanın ki, isti iyun günlərində buna çox nadir hallarda təsadüfedilə bilər. Bəlkə də bizdən yaşlı nəslin nümayəndələri iyun ayında bir neçə günsərin havaların şahidi olublar. Amma çox çətin ki, mayın 27-dən iyunun 24-nə qədərdavamlı olaraq havalar çox sərin keçsin. Bu sərinlik bir daha göstərir ki, hər şeyAllah-Təalanın iradəsi və istəyi sayəsində öz həllini tapır. Və Allahın izni olmadanbiz bəndələr bir saniyə yaşaya bilməz, bir addım ata bilməz və bir qurtum su içəbilməz. Biz bunları bilə-bilə bir çox halda Allahsızlıq edirik. Bəlkə yalan deyirəm?Kiminsə qəlbinə dəyiriksə, kiminsə könlünü qırırıqsa, kiminsə halal haqqını yeyiriksə,hansısa yetimin çörəyini əlindən alırıqsa, təmiz, şərəfli, namuslu adamlara böhtanatırıqsa, qeybətini eləyiriksə, çox böyük günahlara batırıq…

Hətta son vaxtlarhər şeyi inkar edən dahilər, elm xadimləribelə Allahın varlığını qəbul etməyə məcbur olublar. Hətta bizim kənddəkiAllahsız Cəfər kişi də Allahın yoluna qayıdıb.Və qorxur ki, 95 yaşa qədər Allahsız olub. Heç olmasa indi anlayır ki, Allah varvə onun haqq-hesabı da hər bir insanla nə vaxtsa çəkiləcək. Cəfər kişi indi ölümünüsaatbasaat, dəqiqəbədəqiqə gözləyir. Hələ ki, Əzrayıl gəlib onun yaxasından yapışmayıb.Hələ ki, Cəfər kişinin Əzrayılın qorxusundan ayaqları titirəyir. Ayaqları titrəyirki, elədiyi günahları görəsən Allah-Təala bağışlayacaqmı?

Bu yaxınlarda internetşəbəkəsində Amerika alimlərinin kosmosdan peyk vasitəsilə çəkdiyi şəkillər yayılıb.Hansısa planetdən isə çox qeyri-adi şəkillər və görüntülər yayılıb. Bu şəkillərəvə görüntülərə baxanda bir daha Allahın varlığına və böyüklüyünə heç kəsdə şəkk-şübhəqalmır. Çünki o şəkillər o qədər qeyri-adi və maraqlıdır ki, ona baxmaqla insanbir daha Allahın varlığını dərk edir. O adamlar Allahı dərk eləmir ki, onlar cahilvə nadandılar. O adamlar həm də nə üçün dünyaya gəldiklərini və nə üçün yaşadıqlarınıda anlaya bilmirlər.

Üzr istəyirəm, həminadamlarla heyvanlar arasında heç bir fərq yoxdur. Hələ bəzi heyvanlar onlardan yaxşıdılar.Çünki belə bir deyim var: «Quş su içəndə Allaha səcdə eləyir». Yəni bu həm də hərhansı heyvanın şükranlığıdı. Biz insanlar isə həyatda bütün canlılardan daha kamilik,daha şüurluyuq və daha müdrikik. Amma buna görə Allaha şükür eləməyi çox vaxt yadımızdançıxarırıq. Var-dövlət, vəzifə gözümüzü o qədər tutub ki, bəzən Allah da yadımızdançıxır. Allah yadımızdan çıxandan özümüz insanlıqdan çıxır və vəhşi bir heyvana bənzəyirik…

Möcüzələr var vəhəmişə də olacaq. Və bu möcüzəni də yalnız və yalnız Allah göstərə bilər. Və bumöcüzəni də Allah çox vaxt ya özü, ya da bizə peyğəmbərləri vasitəsilə göstərir.Necə ki, Musa peyğəmbərə, İsa peyğəmbərə, Yusif peyğəmbərə möcüzələr verilmişdivə onlar da o möcüzəni insanlara göstərirdilər. Düzdür, bəzi Allahsız adamlar bumöcüzələrə inanmır, hətta peyğəmbərləri daş-qalaq eləyirdilər. Allahın sevib-seçdiyipeyğəmbərləri daş-qalaq eləyən insanlar axırda özləri o daş-qalağın altında qaldılarvə məhv oldular. Möcüzələr bayaq dediyim kimi, həmişə olub və bundan da sonra yenəbaş verəcək. Amma bunun hər hansı insanın istedadı və qabiliyyəti kimi yox, yalnızAllahın göstərdiyi möcüzə kimi qəbul eləmək lazımdı. Necə ki, biz bu möcüzəni Ramazanayında – mayın 27-dən iyunun 24-nə qədər görürük…


TƏQVİM / ARXİV