adalet.az header logo
  • Bakı 7°C
23 Iyun 2017 15:22
8100
İDMAN
A- A+

Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı

Daha bir hakimimiz 2017-18 mövsümünə ilk təyinatını alıb. 

Adalet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Rəhim Həsənov və Ömər Paşayevdən sonra digər FİFA referimiz Əliyar Ağayev də beynəlxalq arenada oyun idarə edəcək.

Avropa Liqasına təyinat alan həmkarlarından fərqli, Ağayev Çempionlar Liqasında ədalət təmsilçisi olacaq. Qitə futbol qurumu Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 18-də və ya 19-da keçiriləcək "Rusenborq” (Norveç) – "Dundalk” (İrlandiya) oyununu məhz Ağayevə həvalə edib.

Norveçdəki görüşdə ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, Əliyar Ağayev Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyunun 29-da keçiriləcək "Kayrat” (Qazaxıstan) – "Atlants” (Litva) matçının dördüncü hakimi olacaq.