adalet.az header logo
  • Bakı 7°C
23 Iyun 2017 12:58
7765
İDMAN
A- A+

“Qarabağ”ın planı və vətənə dönüş tarixi bəlli oldu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ”ın vətənə dönəcəyi tarix dəqiqləşib. 

Adalet.az saytının məlumatına görə, çempionumuz iyulun 3-də paytaxta qayıdacaq.

Həmin tarixə qədər iki sınaq matçına çıxacağı əvvəlcədən bilinən komanda daha bir oyun keçirmək istəyir. Qurban Qurbanov iyunun 24-də MOİK (Sofiya, Bolqarıstan) və bundan 4 gün sonra "Dinamo” (Moskva) ilə qarşılaşmalardan əlavə hazırlığın son günündə, iyulun 2-də də bir matç keçirməyi planlaşdırır.

Ancaq hələlik heç bir komanda ilə razılıq əldə olunmadığından bu istəyin reallaşıb-reallaşmayacağı sual altındadı.

Qeyd edək ki, "Qarabağ” Avstriyada keçirdiyi ilk yoxlama oyununda Rusiya Premyer Liqa təmsilçisi "Axmat”a 0:1 hesabı ilə məğlub olub.