adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Iyun 2017 11:58
9459
DÜNYA
A- A+

Qətərə 10 gün vaxt verildi - Ərəb ölkələrindən 13 tələb

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyun ayından diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər.

Böhranın həlli ilə əlaqədar vasitəçi qismində çıxış edən Küveyt tələbnaməniQətərə təqdim edib. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıdaİranla diplomatik münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələbi də var.

Qətərdən İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyması; "Müsəlman qardaşlar", İŞİD, "əl-Qaidə" və "Hizbullah" kimi terror təşkilatları ilə əlaqələri dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi; "əl-Cəzirə" və digər media qurumlarını bağlaması da tələb olunur.

Bütün tələblər 10 gün ərzində qəbul edilməsə, tələbnamə qüvvədən düşəcək.