adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Iyun 2017 11:56
7482
İDMAN
A- A+

Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 avtomobil yarışlarına start verilib.

Yarışda 10 komandanı təmsil edən 20 pilot iştirak edir. 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula-1AzərbaycanQran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək.

Saat 15:00-da isə sıralama turu başlayacaq.

Azərbaycanda Formula-2 yarışının 7-ci və 8-ci mərhələləri təşkil edilir. Yarışlarda 21 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.