adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyun 2017 08:27
14955
SİYASƏT
A- A+

Ermənilər BMT-ni narahat edib

BMT ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması halları ilə bağlı narahatlığını tam olaraq bölüşür.

Bu barədə BMT-nin baş katibinin Mətbuat Katibi ofisinin baş katib adından verdiyi bəyanatda deyilir.

"Biz 19 iyun 2017-ci il tarixli ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını nəzərə alırıq. Biz təmas xətti boyunca qurbanlara səbəb olan atəşkəs rejiminin pozulmasına dair narahatlığı tam şəkildə bölüşürük", - bəyanatda deyilir.

Bəyanatda deyilir ki, BMT bütün tərəfləri vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara biləcək hər cür əməllərdən çəkinməyə, gərginliyin azaldılması üçün tədbirlərin görülməsinə və danışıqları bərpa etməyə çağırır.