adalet.az header logo
  • Bakı 11°C
22 Iyun 2017 21:07
3388
GÜNDƏM
A- A+

Mehriban Əliyevanın tapşırığı ilə şəhidin kredit borcu bağlanıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə aprel şəhidi Xaliq Əzizzadənin "Para" BOKT ASC-yə olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.

Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, şəhid ailəsi ilə bağlı məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub. "Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban xanım Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban xanım həmişə şəhid ailələrinə diqqətlə yanaşıb”. Qeyd edək ki, "Para" BOKT ASC şəhidin kredit borcuna görə məhkəməyə müraciət etmişdi.