Aqil ABBAS: ELDAR BAXIŞ, O DÜNYADA NƏ VAR, NƏ YOX?!

AQİL ABBAS
101426 | 2017-06-23 15:11

Həmişə o dünyanınvarlığına inanmağa çalışmışam. Ona görə yox ki, göydən gələn kitablar belə yazır, ona görə ki, ürəyim belə istəyir.Bu fani dünya, yuxu kimi gedib-gələn dünya, pəncərədən baxıb-keçdiyimiz dünya ağrısıyla-acısıylanə qədər gözəl olsa da bir andı, bəlkə də Tanrı üçün andan da kiçikdi.

Ağcabədidə dini dərindənbilən dörd kişi olub: Sərçə Qasım, Molla Misir (Azərbaycanın tanınmış şair və yazıçılarıƏnvər Əhmədin, Əhməd Elbrusun, Əbülfət Misiroğlunun və Yusif Misiroğlunun ataları),Dəllək Abbas və Zəfər əmi. Çox qəribədi ki, Dəllək Abbas və Zəfər əmi dinin ən dərin qatının dərinliklərinə qədər bilsələr də və qatı dindarlar olsalar da mollaları, seyidləri sevməzdilər. Və qəribədi ki, onlar Axundova, MirzəCəlilə daha yaxındılar. Dəllək Abbasın oğlu Azərbaycanın görkəmli yazıçısı İsi Məlikzadəidi. İsi əmi də televiziyada bir verilişaparırdı, veriliş də daha çox ateizmə yaxın idi, həmişə o dünyanı inkar edirdi. Bir gün Abbas əmi İsiyə deyir:

- Ə, dünən yenə nə sarsaqlayırdın ki, o dünya yoxdu?

- Qağa, vallah, yoxdu.

- Var-yoxdu, nə işinəqalıb? Hamımız bir gün öləcəyik. Gedib görərəik o dünya var kef edərik, olmasa oğluyun…

O yazılası mümkünolmayan bir söz deyib.

Amma mənə elə gəlirki, o dünya var, amma bu dünyada kef eləməyənlər, yəni o cümlədən isiməlikzadələrvə eləcə də əmioğlum eldarbaxışlar bu dünyada kef eləyə bilmədikləri kimi, heç o dünyada da kef eləmirlər, lap cənnətdə olsalar da belə. Eləcədə nizamilər, füzulilər, nəsimilər, axundovlar, mirzəcəlillər və sair və ilaxır.Çünki bu dünyadakı ağrıları, acıları, dərdləriözləri ilə götürüb aparıblar o biri dünyaya və dünyanın ən müqəddəs ağacıolan əncir ağacının altında yenə bizlərin dərdiniçəkirlər. Eləcə də Eldar Baxış.

Səhər-səhər «Kulis»də Ayxan Ayvazın (atası Eyvaz Əlləzoğlu da EldarBaxışın yanındadı və müqəddəs əncir ağacının altında həm bizim dərdlərimizi çəkirlər,həm də övladlarının) Eldar Baxışla bağlı yazısını oxudum. Çox kövrəldim, hətta ağladım.Eldar Baxışın bacısından müsahibə götürmüşdü. Heç demə, iyunun 22-si əmioğlumEldar Baxışın (Eldar Baxışla heç bir qan qohumluğum yoxdu, amma əvvəla, bir-birimizə«əmioğlu» deyirdik, ikincisi də ki Eldar Baxış kimi bütün şair və yazıçılar elə hamısı bir-birinəəmioğludu də) doğum günüymüş və 70 yaşı tamam olurmuş. Bu mənim huşumda deyildi. Bu basabasdünyada, ATƏT-in həmsədrlərinin süləndiyidünyada, Suriyada, İraqda müsibət yaşanandünyada… Qarabağın «yeddi ermənini bir dərədə tək görən» türk dünyasında evi-eşiyi yandırılmış, nəslinin yarısı qırılmış biri kimi heç ad günüm də yadımda deyil.Ona görə də Eldar Baxış məni bağışlasın ki, 22 iyunda onun 70 yaşı tamam olduğunu bilməmişəm.

Nə yaxşı ki AyxanAyvaz bunu bizlərə xatırlatdı.

Təxminən olar bir13-14 il əvvəl Eldar Baxışdan bir yazı yazmışdım.Arxivimi axtardım tapa bilmədim, heç internet də kömək eləyə bilmədi. Deyəsən adı beləydi ki:«Eldar Baxış lay divar idi». Yəqin ki, tapıb çap edəcəm. Çünki mən orda Eldar Baxışı təsvir edə bilmişdim.

Qarabağda yaxşı oğlanlara,ləyaqətli oğlanlara, qeyrətli oğlanlara laydivar oğlanlar deyirdilər. Ola bilər ki, həmin adamlar heç də boylu-buxunluolmasın, amma gördükləri işlər boy-buxunluolsun. Amma Eldar Baxış həm gördüyü işlərlə,həm də fiziki anlamda lay divarıydı.

Universitetdətəzə oxuyuram, az-çox da istedadım var. Təbii ki, oturub-durduğum uşaqlar da özümüzünkülər, davakar Ağdam uşaqları.Sırf təsadüfən Eldar Baxışla tanış oldum. O vaxtlar yaradıcı insanlara bilirsiniz necə baxırdılar…

Düz46 il bundan əvvəl Eldar Baxış da məni davakarçayxana mühitindən ayırdıvə başqa bir dünyaya apardı. Sonrao dünyada mən Vaqif Cəbrayılzadəni görəcəkdim, Ramiz Rövşəni görəcəkdim, Seyran Səxavəti, Nüsrət Kəsəmənlini,Sabir Rüstəmxanlını, Çingiz Əlioğlunu… Allah-Allah, o dünya nə imiş. Və əslində bu saydıqlarım və saymadıqlarım eləo dünyanın adamlarıdılar. Bu dünyaya ona görəgəliblər və gəlmişdilər ki, bu dünyaya bir düzən versinlər. Və bu dünyanın düzəninipozanlar elə pozmayıblar ki… Ammapeyğəmbərlərdən sonra gələn şairlər(şair deyəndə yaradıcı insanlar, rəssamlar, bəstəkarlar, memarlar, çox böyük sərkərdələr)bu kainatı qaytarıb yerinə qoya bilsinlər,amma onlar bu kainatı az-çox qaytarıb yerinə qoymaq üçün hətta diri-diri soyuldular, güllələndilər, asıldılar, Sibirdəçürüdülər və Eldar Baxış kimi də zəhərləndilər.

VaqifCəbrayılzadə deyir ki, çərx başına gəlməyənləri,çərlədin, çərlədin, öldürün. Çərlədə bilmədiklərinizidə Eldar Baxış kimi zəhərləyib öldürün.

VəEldar Baxış, o dünyada nə var, nə yox ey?!Müqəddəs əncir ağacının altında Sokratla,Aristotellə, Dədə Qorqudla, Nizamiylə, Füzuliylə, Axundovla, Mirzə Cəlillə oturubnə söhbət edirsiz? Və ümumiyyətlə, səni Nizami,Fuzuli olan məclisə buraxırlar, yoxsa orda da bir bölgü var?

EldarBaxış, Akif İslamzadənin səsi sizinlədi?!Bizim Qədir nətəhərdi? Rüstəmov Qədiri deyirəm.

EldarBaxış, görən bizləri də ora buraxacaqlar, sizləri doyunca görə bilək? Bu dünyadavaxtınız çatıb deyə bilmədiklərinizi heç olmazsa o dünyada eşidək.

İmkanınolsa bizdən Akif İslamzadənin səsinə salam de. Və onu da Füzuliyə deynən ki, yenə rüşvət deyil deyin şairlərinsalamını alan yoxdu.


TƏQVİM / ARXİV