adalet.az header logo
  • Bakı 18°C
22 Iyun 2017 14:15
4487
MƏMLƏKƏT
A- A+

Naxçıvana gələn turistlərin sayı artıb

Bu ilin 5 ayı ərzində Naxçıvan Muxtar Respublikasına səfər edən turistlərin sayı artıb.

Adalet.az xəbər verir ki, bu barədə MR-nın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2017-ci ilin yanvar-may aylarında muxtar respublikaya 153 min 305 nəfər turist gəlib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz və ya 5763 nəfər çoxdur.