adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Iyun 2017 14:07
19431
ELM VƏ TƏHSİL
A- A+

AMEA bakalavrlara müraciət edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistraturaya qəbul olan bakalavrlara müraciət edib.

Akademiyadan Adalet.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbul olunmuş bakalavrlar iyunun 29-dan iyulun 10-dək AMEA-da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, AMEA magistraturaya qəbulu 2015-2016-cı ildən aparmağa başlayıb.

Bu il 6233 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.