adalet.az header logo
  • Bakı 18°C
22 Iyun 2017 12:51
20181
MƏDƏNİYYƏT
A- A+

İtaliyada Azərbaycan film festivalı başlayır

İyunun 22-dən 24-dək Romanın "Villa Borghese” parkındakı tarixi "CASA del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək.

Adalet.az xəbər verir ki, festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumların dəstəyi ilə təşkil olunur.

Məqsəd Azərbaycanla İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir.

Festivala iyunun 22-də "Əli və Nino” bədii filminin nümayişi ilə start veriləcək. Filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur.

İyunun 23-də "Əbədi ezamiyyət” sənədli, "İçəri şəhər”, "Yarımçıq xatirələr”, "Pərdə” bədii filmləri, iyunun 24-də Bir günəş altında” sənədli, "Hökmdarın taleyi”, "Nabat” və "Həddən artıq uyğunluq” bədii filmləri nümayiş olunacaq. Filmlər italyan dilində alt yazılarla təqdim edikəcək.