adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Iyun 2017 12:19
2788
GÜNDƏM
A- A+

2050-ci ildə sayımız 11 milyondan çox olacaq

Hazırda dünya əhalisinin sayı 7,6 milyard nəfərdir. Hər il dünya əhalisinin sayı 83 milyon artır.

Bu barədə BMT Katibliyinin İqtisadi və Sosial məsələlər Departamentinin dünyanın demoqrafik vəziyyəti və onun dəyişmə perspektivlərinə dair hazırladığı hesabatda bildirilib.

Qeyd edilib ki, 2030-cu ildə əhalinin orta yaş göstəricisinin artması hesabına dünya əhalisinin sayı 1 milyard artacaq. 2050-ci ildə isə dünya əhalisinin sayı 9,8 milayrd, 2100-cü ildə isə 11,2 milyard nəfər olacaq.

Əhalisinin sayı ən çox olan ölkələr sırasında Çin (1,4 milyard nəfər) və Hindistan (1,3 milyard nəfər) liderdir. Dünya əhalisinin ümumi sayının 18-19 faizi bu iki ölkənin payına düşür. Təxminən 2024-cü ilə qədər Hindistanın əhali sayında Çini üstələyəcəyi gözlənilir.

Dünyanın ən çox əhaliyə malik 10 ölkəsi arasında əhalinin sayı ən sürətlə Nigeriyada artır. 2050-ci ilə qədər bu ölkə əhalisinin sayına görə dünyada 3-cü pilləyə qədər yüksələcək və ABŞ-ı geridə qoyacaq.

Yaxın 33 il ərzində dünya əhalisinin artımının yarısı cəmi 9 ölkənin - Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyanın payına düşəcək.

Azərbaycan əhalisinin sayı isə 2030-cu ilədək 10,68 milyon nəfərə, 2050-ci ilə qədər 11,03 milyon nəfərə qədər artacaq.