adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Iyun 2017 21:54
18008
MƏDƏNİYYƏT
A- A+

Dünya şöhrətli aktyor sənətdən imtina etdi

Dünya şöhrətli aktyor Daniel Day-Levis aktyorluqdan imtina etdiyini açıqlayıb.

Adalet.az-ın türk mətbuatına istinadən xəbər verir ki, "Qandi”, "Mənzərəli otaq”, "Sol ayağım”, "Atam üçün”, "Qan töküləcək”kimi filmlərlə tanınan və üç Oskara layiq görülən aktyorun yaradıcılığı daha çox ABŞ-da köləliyi aradan qaldıran 16-cı prezidenti Abraham Linkolnu canlandırdığı obrazla xatırlanır.

Day-Levisin mətbuat xidmətinin rəhbəri Leslee Dartın mətbuata verdiyi məlumata görə, keçən həftə açıqlama verən aktyor bundan sonra filmlərdə rol almayacağını açıqlayıb: "Daniel Day-Levis bundan sonra aktyorluq etməyəcək. İllərdir yanında olan həmkarlarına və tamaşaçılarına minnətdardır. Bu qərar aktyorun öz qərarıdır” – deyə, Leslee Dart bildirib.