adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 Iyun 2017 10:27
4609
MƏMLƏKƏT
A- A+

Bu gündən Azərbaycana turist axını başlayır

"Bu gündən etibarən Azərbaycana turistlərin axını başlayacaq"

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosiyasının sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, "Formula-1" yarışını izləmək üçün, həm də istirahət məqsədilə ölkəmizə çoxlu sayda turist gələcək.

"İyunun 23-dən etibarən ilk təyyarə Küveytdən gələcək. Oradan çoxlu sayda turist ölkəmizə daxil olacaq. Bu gündən Bakıda yerləşən otellərdə boş yer tapmaq çətin olacaq. Sentyabr ayına qədər Bakı şəhərində otellər dolu olacaq, xüsusilə 3-4 ulduzlu otellər. 5 ulduzlu otellərə o qədər müraciət etmirlər".

N.Bağırov qeyd edib ki, ərəblərlə yanaşı, Rusiya, Ukrayna,Avropa, Asiya ölkələrindən də Azərbaycana turislərin gəlişi gözlənilir.

"Bu il ölkəmizə ən çox turist ərəb ölkələrindən gələcək. Ərəblər Bakı ilə yanaşı, Qəbələ,Quba-Qusar bölgəsinə də üz tuturlar. Məndə olan məlumata görə, artıq Qəbələ və Qubada boş yer tapmaq çətindir. Otel nömrələri əvvəlcədən sifariş edilib".

N.Bağırov hesab edir ki, Azərbaycan vətəndaşları bu il istirahət üçün ən çox Gürcüstana gedəcəklər.

"Bu il Gürcüstana gedəcək vətəndaşların sayı əvvəlki illərdən çox olacaq. Bu, ölkəmizdə otellərdə yerlərin az olması ilə bağlıdır. Türkiyədə isə həmişə olduğu kimi İstanbul, Antaliya, Bodrumda istirahətə üstünlük verəcəklər və bu istqamətdə aktivlik var"