Türkiyə Qətərə zirehli texnika göndərir
Türkiyə Qətərə zirehli texnika göndərir.
Bu barədə Adalet.az Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.
Məlumata əsasən, bu gün Dohaya 25 hərbi qulluqçu və 4 zirehli nəqliyyat vasitəsi yola salınacaq.
Qeyd edək ki, iyunun 19-da Qətərə bir qrup hərbi təlimatçı göndərilmişdi.