adalet.az header logo
  • Bakı 20°C
21 Iyun 2017 21:15
3336
HADİSƏ
A- A+

Yevlaxda partlayış olub, bir nəfər ölüb

Əlində qumbara partlayan Yevlax sakini ölüb.

Yevlax rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 21-də Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə? əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.