adalet.az header logo
  • Bakı 7°C
21 Iyun 2017 17:51
32047
ELM VƏ TƏHSİL
A- A+

BMU-nun Koreya universitetləri ilə əməkdaşlığının əsası qoyulub

Cənubi Koreyanın ölkəmizdəki səfiri Kim Chang-gyu Bakı Mühəndislik Universitetində olub. Görüşün məqsədi BMU ilə koreya universitetləri arasında əməkdaşlığın qurulması olub.

Unversitetdən Adalet.az-a verilən məlumata görə, Səfiri qəbul edən universitetin rektoru, professor Havar Məmmədov Bakı Mühəndislik Universitetinin akademik heyəti, maddi-texniki bazası, elmi potensialı və müasir mühəndislik ixtisasları barədə ətraflı məlumat verib. Ölkənin inkişafında tarixi şəxsiyyətlərin rolunu vurğulayan rektor Umummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında, dünyada bir dövlət kimi tanınmasında, xarici əlaqələrin qurulmasında və təhsilimizin müasir standartlara cavab verəcək səviyyəyə gətirilməsindəki rolundan danışıb. Qeyd edib ki, dövlət xətti ilə Koreyada olmuşam. Koreyanın təhsil sistemi və iqtisadiyyatı çox güclüdür. Bu da onu göstərir ki, elmi və təhsili yüksək səviyyədə olan ölkələrin iqtisadiyyatı daha sürətlə inkişaf edir. Möhtərəm Prezidentimiz İlham Əliyev "Neft kapitalını insan kapitalına çevirək” şüarıda bu istiqamətdədir. 2007-2015 ci illərdə dövlət tərəfindən içərisində Koreya üniversitetləridə olmaqla dünyanın ən qabaqçıl ali təhsil müəssisələrində oxumaq üçün 5000 tələbə göndərilib. Onlardan təhsilini bitirib ölkəmizin iqtisadiyyatının inkişafı üçün bilik və bacarıqlarını tətbiq edənlər də var.

Cənubi Koreyanın ölkəmizdəki səfiri Kim Chang-gyu ölkələrimizin adət-ənənələri ilə yanaşı tarixinin də oxşarlığından danışıb. Ona görə də biz bir birimiziə ölkələrimizin inkişafı üçün dəstək olmalıyıq. BMU ilə əməkdaşlığımız təhsil sahəsində olan dəstəyin nümunəsi olacağına ümid edirəm. Çünki indiki dövr sənaye inqilabı dövrüdür. Bu universitetin hazırladığı kadrlar senayenin inkişafına töhvə verəcək. Azərbaycanda sənayenin inkişafı daha parlaqdır. Bir çox ölkədə işləmişəm bunu təcrübəmə əsasən deyirəm. Ölkənizdə insanlar savadlı və mədənidirlər. Koreya da senaye çox inkişaf edib. Koreya universitetləri ilə əməkdaşlığın kadr hazırlığında müsbət rolu olacağına inanıram.

Sonda səfir səmimi dəvətə və qəbula görə rektora təşəkkür edib və xatirə şəkili çəkdiriblər.