adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyun 2017 17:07
9498
DÜNYA
A- A+

İran Suriyada hərbi baza yaratdı

İran Suriyanın Palmira şəhəri yaxınlığında pilotsuz uçuş aparatları üçün xüsusi aerodrom inşa edib.

Bu baza Raqqaya hava zərbələri endirmək üçün istifadə olunacaq.

Maraqlıdır ki, aerodromdan 80 kilometr cənubda yerləşən Əl-Tayf şəhəri yaxınlığında ABŞ-ın hərbi bazası mövcuddur.

Bu bazada amerikalı hərbçilər kürd peşmərgələrinə təlim keçirlər. Rəsmi Vaşinqton bazanın 55 kilometr radiusunda yerləşən bütün uçuş aparatlarını vuracaqlarını bəyan ediblər.