adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Iyun 2017 21:39
9008
İDMAN
A- A+

Yığmamızın oyunçuları ən güclülər arasında

Kişi voleybolçular arasında Avropa Liqasının I dövrəsinin statistikası açıqlanıb. 

Adalet.az-ın məlumatına görə, ilk 3 turun nəticəsinə əsasən ən güclü blokçuların adları məlum olub.

"Top-20”də Azərbaycan millisinin 2 oyunçusu da yer alıb. Makedoniya, Albaniya və İsveçlə matçlarda 8 dəfə keçilməz olan Dmitri Obodnikov siyahıda 8-cidi. Yığmamızın digər üzvü Dmitri Baranov isə 5 dəqiq blokla 15-cidi.

Qeyd edək ki, ilk 3 oyunda uduzan yığmamız ikinci dövrənin matçlarını Albaniyada keçirəcəklər.