adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Iyun 2017 15:38
5317
SAĞLAMLIQ
A- A+

Bakıda qardaş böyrəyini qardaşına verdi

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yeni açılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində böyrək transplantasiyası uğurla həyata keçirilib. Xroniki böyrək xəstəliyindən əziyyət çəkən vətəndaşa qardaşının böyrəyi köçürülüb.

Mərkəzin müdiri, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev bu barədə danışıblar:

"Mərkəzimizdə böyrək köçürülməsi üçün lazım olan şərait və avadanlıqlar dünya standartlarına uyğundur. Böyrək transplantasiyasına namizəd olan xəstə və donor çox ciddi bir şəkildə araşdırılır. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarılır. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra xəstəyə böyrək köçürülür".

Qeyd edək ki, aprel ayında yaradılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində urologiyanın və nefrologiyanın bütün sahələri üzrə xidmət göstərilir.(modern.az)