adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Iyun 2017 15:24
4709
MƏMLƏKƏT
A- A+

Külək və yağış çimərliklərin rəsmi açılışına mane olmayıb

Bu il çimərlik mövsümü iyunun 15-də açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

O qeyd edib ki, bu ildən etibarən çimərlik mövsümü sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

"Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib”.

Nazirlik rəsmisi iyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlərin olduğunu qeyd edib.(modern.az)