adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyun 2017 14:49
4378
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlı sakinləri evlərinə nə vaxt köçəcəklər? - AÇIQLAMA

Cocuq Mərcanlı sakinləri yaxın günlərdə onlar üçün tikilən yeni evlərə köçəcəklər”

Adalet.az xəbər verir ki, bunu AzVision.az-a Milli Məclisin Cəbrayıldan seçilən deputatı Astan Şahverdiyev deyib.

Onun sözlərinə görə, evlərin sənədləri tam hazırdır, sakinlərin köçməsi üçün heç bir problem yoxdur:

"Sakinlər Cocuq Mərcanlıya qayıtmağa hazırdılar. Ev verilən sakinlər yaxın vaxtlarda doğma kəndlərinə qayıdacaqlar"

Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova ötən gün saytımıza açıqlamasında bildirmişdi ki, Cocuq Mərcanlı sakinlərinə yeni evlərin orderləri təqdim olunub. Onun sözlərinə görə, bu həftədən, ən geci gələn həftədən başlayaraq sakinlər yeni evlərinə yerləşəcəklər.

V.Həsənova bildirib ki, Cocuq Mərcanlı məktəbində təhsil alacaq şagirdlərin və bu məktəbdə işləyəcək müəllimlərin kimlikləri artıq məlumdur.