adalet.az header logo
  • Bakı 17°C
21 Iyun 2017 12:25
22519
KRİMİNAL
A- A+

5 yaşlı uşağın qətli ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi Qusarda azyaşlının öldürülməsi ilə bağlı məlumat yayıb.

Adalet.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.