adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Iyun 2017 12:16
18614
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbində SPM-in sertifikatları təqdim olunub

Bakı Ali Neft Məktəbində (BANM) təşkil edilən Layihələrin idarəedilməsi məktəbinin (SPM) birinci modulu müvəffəqiyyətlə və yüksək imtahan nəticələri ilə bitirən tələbələrinə sertifikatlar təqdim olunub.

Bu barədə Adalet.az-a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov sertifikatları təqdim edərək hər bir iştirakçını yüksək nəticələr əldə etməsi ilə əlaqədar təbrik edib və gələcək təlimlərdə uğurlar arzulayıb.

Rektor həmçinin, Ali Məktəbin fəaliyyəti, uğurları haqqında məlumat verərək hər zaman öz tələbələrinə diqqət və qayğı göstərdiyini, onların bilik və bacarıqlarının aşkara çıxarılmasında maraqlı olduğunu qeyd edib.

Xatırladaq ki, Layihələrin idarəedilməsi məktəbinin ştirakçıları sırasına SOCAR, BP, "Atlantic Waste Solutions”, "PAŞA Həyat Sığorta” ASC, Pasha Holding və digər şirkətlərin nümayəndələri daxildir. BP və onun tərəfdaşlarının maliyyə dəstəyi, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan "TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi və BANM-in təşkilatçılığı ilə birgə həyata keçirilən SPM tədris proqramı 7 moduldan ibarətdir və yekunda Corc Vaşinqton Universitetinin (ABŞ) magistr sertifikatının verilməsi nəzərdə tutulur.