adalet.az header logo
  • Bakı 11°C
21 Iyun 2017 10:11
9287
DÜNYA
A- A+

Ərəbistan kralı varisini taxtdan məhrum etdi

Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səud varis şahzadəni dəyişib.

Məhəmməd bin-Naif əl-Səudun yerinə 31 yaşlı şahzadə, kralın oğlu Məhəmməd bin Salman əl-Səud təyin edilib.

Şahzadə Məhəmməd bin-Salman əl-Səud həm də baş nazirin birinci müavini təyin olunub.O, həmçinin müdafiə naziri vəzifəsini də icra edəcək.

Məhəmməd bin-Naif əl-Səud yalnız varis titulundan məhrum edilməklə yanaşı baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də azad olunub.(azvision)